image-qanunla-reklam
image-12-07-2018-brussels-belgium-world-leaders-arriving-to-nato-north-atlantic

Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqına verdiyi bütün vədləri yerinə yetirir

image-lady-day-az

Dövlətimizin başçısı İlham Əliyevin ən böyük liderlik keyfiyyətlərindən biri əsas milli dəyərləri təcəssüm etdirmək, xalqımızda inam və nikbinlik aşılamaq bacarığıdır. Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə yönələn təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır.

Azərbaycan Prezidenti dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq, ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlətimizin başçısı islamofob dairələrin və antiazərbaycan mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Bu plana qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mədəni-mənəvi və ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı Prosesi” layihəsini təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqına verdiyi bütün vədləri yerinə yetirir. Şəxsi yetkinliyi, xarakter bütövlüyü, ictimai və siyasi cəsarəti, təşəbbüskarlığı, həssaslığı ilə həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki