12 noyabr – Konstitusiya Günü münasibətilə Zərdab şəhərində tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,Başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, İcra Hakimiyyəti Aparatının məsul şəxsləri,Gənclər və idman idarəsinin rəisi İlkin Əliyev,Təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov,idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qanunla.Az xəbər verir ki,öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilib, önünə gül dəstələri qoyublar.
İcra başçısı Mərdan Camalzadə dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb. Bildirib ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız dövlətçilik tariximizdə yeni bir mərhələ açıb və ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Vurğulanıb ki, Konstitusiyamızın qəbul olunmasından ötən 26 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Bu uğurların kökündə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müvəffəqiyyətlə gerçəkləşdirdiyi uzaqgörən siyasəti dayanır.
Qanunla.Az
Vüqar Rəhimov