image-qanunla-reklam
image-277822268_1325284884650531_3895501935777557525_n

Zərdabda Aprel şəhidi gizir Nurlan Abdullazadənin xatirəsi ehtiramla anılıb-FOTOLAR

image-lady-day-az

Rəşadətli Ordumuzun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür.

2016-cı ildə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq yenilməz Ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Aprel döyüşlərində qəhrəman oğullarımızın şücaətləri sayəsində 23 ildən sonra xalqımız qələbə sevinci yaşadı. Həmin günlərdə bizə bu hissi yaşadan oğullardan biri də Silahlı Qüvvələrimizin giziri şəhid Nurlan Abdullazadə oldu.

Qanunla.Az xəbər verir ki,bu gün Zərdab şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,RİH-i başçısının müavinləri,YAP-nın Zərdab rayon təşkilatının sədri,SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi,rayon ictimaiyyətinin nümayəndələri,şəhid ailələri aprel şəhidi gizir Nurlan Rasim oğlu Abdullazadənin ildönümü mərasimində iştirak ediblər.Şəhidin məzarı ziyarət olunaraq üstünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub,ailəsinə Allahdan səbr dilənib.

Anım tədbirində  RİH-nin başçısı Mərdan Camalzadə çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin – Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və uzun illərdən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

O,bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmadı. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi, müharibə ordumuzun böyük Qələbəsi ilə başa çatdı.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə,dövlət başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha sonra birinci Qarabağ müharibəsinin şəhidlərinin məzarları ziyarət olunub.

Qanunla.Az     Vüqar Rəhimov

image-277847715_320619863469203_554514621217713534_nimage-277822268_1325284884650531_3895501935777557525_nimage-277900390_1393417017772984_8770065463813570053_nimage-277805866_300773015514586_8025772579343733031_nimage-277890285_665769021198328_6667362901772148910_nimage-277704745_1154208768661503_323369174955986614_nimage-277821731_389059842770968_282714724524034367_nimage-277844541_1102647903627124_5198746422484044974_n-1image-277700318_724364145386001_4828509306295606929_nimage-277714955_711748423519472_3534548799236657698_nimage-277699325_545254966923494_6884837833111189471_nimage-277908355_1675531686122696_682213166336187872_nimage-277928453_350476540365504_7570060455522951247_nimage-277855393_1145125699674733_8015831567498123277_nimage-277886816_271951801807670_1205104485518098004_nimage-277722020_678881199986626_2209375666659013102_nimage-277852787_1903576949851759_8439944125939828525_nimage-277891842_350746043681704_1872512720879283400_nimage-277775982_1033861607538920_3358181153985366314_nimage-277708368_1360289277781406_3250943442512316479_nimage-277739978_240689898214545_1863484955773554519_nimage-277701232_997156547582795_3724374901556827443_nimage-277691965_1015052552731729_1802771696214706728_n

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki