image-qanunla-reklam
image-277753253_2231254337032134_7598970654767636824_n

Zərdab rayonunda 31 mart-Soyqırım qurbanlarının xatirəsi anıldı-FOTOLAR

image-lady-day-az

Zərdab rayonunda 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı silsilə tədbirlər  keçirildi.

Qanunla.Az xəbər verir ki, Anım mərasimində Zərdab  rayon İcra hakimiyətinin başçısı Mərdan Camalzadə,icra başçısının müavinləri, YAP-nin Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri,rayon Təhsil, Gənclər və İdman, Mədəniyyət idarələrinin kollektivləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Tədbir iştirakçıları  “Şəhidlərin xatirə abidəsi” önünə tər çiçəklər qoydular, əziz xatirələrini yad etdilər.Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş sərgi nümayiş olunub,mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə Zərdab rayon icra Hakimiyyəti  Başçısı Mərdan Camalzadə çıxış edərək bildirdi ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar daima azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələnib. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanmışdır.Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşaraq bu torpaqların onlara aid  olduqlarını təsdiqləməyə çalışırlar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.Bu müddət ərzində erməni vəhşiliklərinin nəticəsində yüz minlərlə dinc sakinlərimiz, qocalarımız, qadınlarımız, uşaqlarımız öldürülmüş, ölkəmizə yüz milyardlarla manatlıq ziyan vurulmuş, yüzlərlə kəndlərimiz, şəhərlərimiz məhv edilmişdir.Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətləri açıldı, təhrif edilən  hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla ”31 mart Azərbaycanlıların Soyqırım Günü” elan edildi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi.Möhtərəm Prezident İlham Əliyev cənablarının yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

Bildirildi ki, 31 mart-Azərbaycanlıların soyqırımı günü rayonun bütün ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində qeyd olunur və erməni vəhşilərinin zaman-zaman xalqımızın başına gətirdiyi müsibətlər  gələcək nəsillərin diqqətinə çatdırılır.

Qanunla.Az  Vüqar Rəhimov

image-277729718_2231253347032233_5438285595176251922_nimage-277776013_2231251327032435_6636307850020879845_nimage-277757672_2231253423698892_4591213663924312665_nimage-277740837_2231253453698889_1377156970626624596_nimage-277750396_2231253547032213_8749783288758225121_nimage-277731992_2231253627032205_8837570158719584972_nimage-277755142_2231253750365526_3634491127759609654_nimage-277750885_2231253807032187_6565470195336036573_nimage-277793183_2231253937032174_7428822316004484447_nimage-277746767_2231253973698837_2555327806119412541_nimage-277728091_2231254030365498_736921376640583602_nimage-277730251_2231254117032156_2672932893747431454_nimage-277730803_2231254157032152_5236346390990712009_nimage-277799864_2231254220365479_7350094601418693394_nimage-277753253_2231254337032134_7598970654767636824_nimage-277731992_2231254380365463_918559195287643343_nimage-276154577_2231254453698789_7551544368226423120_nimage-277570518_2231254510365450_4997835693974518180_nimage-277566582_2231254630365438_2607232345527516946_nimage-277743977_2231254827032085_7461982877727322797_nimage-277789989_2231254893698745_1900685963549413926_nimage-277731588_2231254963698738_6954879404982732719_nimage-277744554_2231255083698726_4520728385082376413_nimage-277765044_2231255130365388_6604321087443730891_nimage-277737322_2231255200365381_1457557433137200714_nimage-277728143_2231255237032044_6824013253637517390_nimage-277746670_2231255260365375_8065349821259549372_nimage-277766994_2231255373698697_2764309930223788187_nimage-277731058_2231255473698687_3883419025778213027_nimage-277728381_2231255733698661_8492189530932118061_nimage-277559961_2231255817031986_1790421420458317884_nimage-277748046_2231255947031973_262459621955109488_nimage-277775774_2231255970365304_1483553289275068851_nimage-277773323_2231255997031968_8523778444335966642_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki