image-qanunla-reklam
image-_116355816_4f50fc24-41a7-4126-9daa-6f6039951514

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət

image-lady-day-az

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.Azərbaycan prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir.Görkəmli siyasi və dövlət xadimi möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və həyata keçirilməsində fəal iştirak etmişdir. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, ölkəmizin dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun layiqincə həyata keçirilməsində, mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan cənab İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

İsmiyeva Pərvin – Zərdab rayon Çallı kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki