Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin yekun nəticəsini açıqlayıb.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini bildirib.
“Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib”,- deyə o, vurğulayıb.