image-qanunla-reklam
image-1666334778-89aed20d-4f40-33c7-a11f-0c254c75184a_850

Təminat daşıyan texnikamız atəşə tutuldu – RƏSMİ

image-lady-day-az

“Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub”.

“Qanunla.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd KamAZ markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb. Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki