image-qanunla-reklam
image-1671650162_1638885896_38-sportishka-com-p-beg-s-barerami-sport-krasivo-foto-43

Rusiyalı atlet Olimpiadanın qızıl medalından məhrum edildi

image-lady-day-az

400 metr məsafəyə maneələrlə qaçış üzrə Olimpiya çempionu Natalya Antyux antidopinq qaydalarını pozduğuna görə 2012-ci il Olimpiya qızılından məhrum edilib.

“Qanunla.az” xəbər verir ki, Rusiyalı idmançı ilə bağlı qərarı bu gün Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

İdmançının 15 iyul 2012-ci ildən 29 iyun 2013-cü il tarixədək göstərdiyi nəticələr ləğv edilib. Onun apelyasiya şikayəti verməyəcəyi bildirilib.

Hazırda qızıl medal amerikalı Laşinda Demusa verilməlidir.

Xatırladaq ki, Antyux və digər rusiyalı idmançı Andrey Silnov antidopinq qaydalarını pozduqlarına görə 4 il müddətinə diskvalifikasiya olunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki