image-qanunla-reklam
image-1669707909_ac730451-09df-4347-96d9-739427d6b77f

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

image-lady-day-az

Rusiyada Hesablama Palatasının rəhbəri Aleksey Kudrin Rusiya prezidenti Vladimir Putinə vəzifəsindən istefa verməsi ilə bağlı bəyanat göndərib.

“Qanunla.az” xəbər verir ki, bu barədə rusiyalı siyasətçi “Telegram” kanalında  açıqlama yayıb.

Kudrin 25 ilə yaxın ömrünün dövlət qulluğunda keçdiyini vurğulayıb.

“İndi mən geniş mənada özəl təşəbbüslərin inkişafı ilə bağlı olan, eyni zamanda insanlara əhəmiyyətli təsir göstərən böyük layihələrə diqqət yetirmək istərdim”, – o vurğulayıb.

Siyasətçinin sözlərinə görə, bəyanat artıq Rusiya dövlət başçısına göndərilib.

Bildirək ki, Kudrin Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki