image-qanunla-reklam
image-1665813446-ec21c04e5d8679a9cc36d3e893824eaa

“Qarabağla bağlı qərar Ermənistanın istəyini təmin etməyəcək” – Xaçaturyan

image-lady-day-az

“Qarabağla bağlı qərarlar Ermənistanı qane etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib”.

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaqan Xaçaturyan deyib. O bildirib ki, hazırda çətin dövr gəlib çatıb. V.Xaçaturyanın sözlərinə görə, söhbət Ermənistanın mövcudluğundan və Qarabağ məsələsinin həllindən gedir.

“Və bizdən realizm tələb olunur ki, düzgün qərarlar verə bilək. Qərar qəbul etmək çətin olacaq və əksər hallarda Ermənistan tərəfinin istəyini təmin etməyəcək. Məsələ İrəvanın öz istəklərindən əl çəkməsində deyil, geosiyasi və regional vəziyyətin dəyişməsindədir və bunu nəzərə almamaq olmaz”, – deyə Xaçaturyan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki