image-qanunla-reklam
image-16578983753589635497_1200x630

Prezident İlham Əliyevin dediyi kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli bir məsələdir

image-lady-day-az

Cənab Prezident İlham Əliyevin dediyi kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli bir məsələdir

Cənab Prezident İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə Ermənistanın bugünkü qeyri-müəyyən mövqeyinə də toxunaraq bildirdi ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Bunun yeganə səbəbi isə məhz Ermənistanın hələ də öz öhdəliklərinin icrasından boyun qaçırmasıdır. İlk növbədə 2020-ci ildə imzalanmış 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulması nəzərdə tutulub ki, bu günə qədər bu imkan yaradılmayıb. Zəngəzur dəhlizinin açılması isə sülh müqaviləsinin imzalanması üçün zəruri şərtlərdən biridir. Bundan başqa, son vaxtlar Ermənistan tərəfindən yenidən hansısa status haqqında fikirlər səsləndirilməyə başlanıb. Halbuki, status məsələsi ümumiyyətlə müzakirə olunmayacaq və artıq çoxdan gündəmdən çıxarılmış mövzudur. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan özü üçün faktiki kapitulyasiya aktı olan 10 noyabr Bəyannaməsini imzalayarkən Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə bundan sonra ümumiyyətlə toxunulmayacaq.
Prezident İlham Əliyevin dediyi kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli bir məsələdir və bu kimi çıxışlar qarşı tərəfi daha böyük fəlakətlər qarşısında qoya bilər. Son zamanlar aparılan hərbi təlimlər göstərir ki, Azərbaycanın güclü ordusu var, Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər an torpaqlarımızın müdafiəsinə hazırdır. Xalq da hər zaman Prezidentinin, Dövlətinin, Ordusunun arxasındadır.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki