image-qanunla-reklam
image-1647500842192444694_1000x669

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir və yeni yeni uğurlara imza atılır

image-lady-day-az

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir və yeni yeni uğurlara imza atılır.

Azərbaycan bugünkü inkişafı ilə müxtəlif istiqamətlər üzrə əldə edilən nəticələrə görə regionda və dünyada söz sahibi olan bir ölkəyə çevrilərək qabaqcıl sıralarda yer alır. Bu yüksək nəticələrin əldə olunmasında Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu və məqsədyönlü fəaliyyəti dayanır. Ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmiz yüksək inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman tədbirləri, qlobal forumlar, eyni zamanda beynəlxalq tədbirlər ölkəmizə olan inam və etibarın göstəriciləridir. Həyata keçirilmiş uğurlu xarici siyasət xətti ilə yanaşı ölkə daxilində davamlı islahatların reallaşdırılması, regionların sosial iqdisadi inkişaf proqramlarının uğurla icra olunması, ölkə iqdisadiyyatının şaxələndirilməsi, əhalinin sosial rifah halının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbayacanın sürətli inkişafına zəmin yaratmışdır. Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür.

Ələkbər Kərimov Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki