image-qanunla-reklam
image-1655826546751426840_1000x669

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib

image-lady-day-az

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Keçirilən birgə görüşlər zamanı alınan qərarlar hər iki dövlət arasında əlaqələr intensivləşməlidir. İqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə əlaqələrin yaxşı nəticələri olacaqdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, habelə hərbi təhsil sahələrində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaqdır. Dünyadakı beynəlxalq vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaqdır.

Həmçinin ənənəvi olaraq kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edib. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan vermişdir. Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərin bərpası işlərində dost Özbəkistan dövləti də yaxından iştirak edir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaqdır.

Prezident cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi dövlət səfəri zamanı imzalanan ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir.

 

Elvin Xəlilov-Zərdab rayon Əlvənd kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki