image-qanunla-reklam
image-8c411d31996e99f4cd9bd63360638538_800

Müzəffər və rəşadətli ordumuzun keçdiyi şərəfli döyüş yolu siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi

image-lady-day-az

Müzəffər və rəşadətli ordumuzun keçdiyi şərəfli döyüş yolu siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoyuldu. Azərbaycan ordusu işğalda olan torpaqlarımızın böyük bir qismini hərb yolu ilə düşmən tapdağından azad etdi. Düşmənin yüzlərlə texnikası tam məhv edildi, minlərlə canlı qüvvəsinə ciddi zərbə vuruldu. Düşmən ordusu darmadağın edildi. Artıq məğlub olduğunu anlayan Ermənistan hökuməti üçün döyüşlərin dərhal dayandırılması onların maraqlarına uyğun idi. Beləliklə, 10 noyabr 2021-ci il tarixində üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bununla da, bütün dünya bəyanatın imzalanması ilə Azərbaycan xalqının ümumxalq birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın mövqe və maraqlarına tam uyğun şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Bəyanat nəticəsində illərlə davam edən status – kvo dəyişildi və Qarabağın statusu ləğv edildi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Müzəffər və rəşadətli ordumuzun keçdiyi şərəfli döyüş yolu siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinə idi. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməmişdir.
Azərbaycanın əldə etdiyi qələbə, apardığı hərbi əməliyyatlar həm texniki imkanlar və operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən də öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu

Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti aparırdı. Beynəlxalq aləm isə bütün bunları sadəcə olaraq müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmirdi. Sadalanan qətnamələr yerinə yetirilmirdi.
Bir sözlə, beynəlxalq qurumlar tərəfindən problemin həllinə laqeydlik, biganəlik göstərilirdi. Prezident İlham Əliyev isə münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, erməni tərəfi əməlindən əl çəkməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” məqsədini gizlətmirdi.
Belə bir cəzasızlıq şəraitində ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında saxladığı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu və ordumuz 44 gün ərzində Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə şanlı tarix yazdı, düşmənə sarsıdıcı zərbələr endirərək, parlaq qələbə qazandı. Bu zəfər insanlarımızda böyük inam və ruh yüksəkliyi yaratdı, xalqımızın möhtərəm Prezidentimizə, Ali Baş Komandanımıza inam və etimadını daha da gücləndirdi.
Vətən müharibəsinin başa çatmasından bir ilə yaxın bir müddət keçir. Heç zaman unudulmayacaq o günlərlə bağlı bəzi məqamlar gözlərimiz önünə gəlir. Belə ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirərək, işğal altındakı ərazilərimizi bir-birinin ardınca düşməndən təmizlədikcə, Ermənistan rəhbərliyi məğlub duruma düşdüyünü dərk etdikcə təslim olmaq əvəzinə daha da azğınlaşır, düşmən mülki əhalimizin sıx məskunlaşdığı yaşayış məntəqələrini, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tuturdu. Nəticədə, mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verir, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyirdi. Ermənistanın hərbi təcavüzünün insan tələfatı ilə nəticələndiyi, ölən və yaralananlar arasında uşaqların və qadınların sayının çox olması isə daha çox ciddi narahatlıq doğururdu.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanın ciddi böhran vəziyyətində olan iqtisadiyyatında da çox ciddi problemlər yaratdı.

Vətən müharibəsində qazanılan möhtəşəm qələbə onu göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Bu, ölkəmizin siyasi, iqtisadi, diplomatik sahələrdə əldə etdiyi böyük nailiyyətlərin məntiqi nəticəsi idi.
Şiddətli döyüşlərin getdiyi 44 gün ərzində respublikamızda hər kəs könüllü olaraq cəbhəyə yollanmaq arzusunda olduğunu bildirirdi. Belə bir əhval-ruhiyyə isə xalqımızda, o cümlədən, gənclərimizdə yüksək vətənpərvərlik hisslərinin olması ilə bağlı idi. Amma Ermənistan ordusunda vəziyyət tam fərqli şəkildə nəzərə çarpırdı. Belə ki, işğalçı ölkənin polisi gəncləri zorla, necə deyərlər, sürüyərək hərbi xidmətə göndərirdi. Ancaq erməni ordusunda fərarilik baş alıb gedirdi. Ermənilərin ümidləri terrorçulara, Suriyadan, Livandan və digər ölkələrdən gətirilən muzdlulara qalmışdı.
Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanın onsuz da ciddi böhran vəziyyətində olan iqtisadiyyatında da çox ciddi problemlər yaratdı. Hazırda işğalçı ölkənin iqtisadiyyatı öz dayanıqlılığını itirib, iqtisadi potensial, demək olaraq, tükənmək həddinə düşüb. Ermənistanın borclarının ümumi daxili məhsula nisbəti indiki vaxtda olduqca kritik rəqəmə yaxınlaşıb.
Bütün bunlar bugünkü Ermənistan hökumətinin, şəxsən baş nazir Nikol Paşinyanın öz xalqının ən böyük düşməni olduğundan xəbər verir.
Burada onu da qeyd etmək yerinə düşər ki, Ermənistanı işğalçılıq siyasətinə şirnikləndirən, silahlandıran onun açıq və gizli havadarları idi. Yoxsa, Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində darmadağın edilən, bir hissəsini də Silahlı Qüvvələrimizin qənimət kimi ələ keçirdiyi hərbi texnikanı adi yaşamaq imkanlarından məhrum olan bir dövlət hansı vəsaitlə almışdı?! Bu sualın cavabını İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəqiqliklə vermişdi: “…Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti, aşağısı, 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı

İstər müharibədən əvvəl, istərsə də 44 günlük savaş günlərində nüfuzlu dövlətlərin, beynəlxalq təşkilatların əksər hissəsi tərəfindən Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq təşəbbüsü göstərilmədi. ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adlarını çəkmək belə yada düşmədi. Azərbaycan Prezidenti İlham Əliyev isə tutduğu haqq yolundan, qətiyyətli mövqeyindən geri çəkilmədi, tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanaraq, “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan etdi, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini dəfələrlə vurğuladı. Dövlətimizin başçısı işğal edilmiş bütün torpaqların işğalçılardan azad olunacağını, Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına mütləq qayıdacaqlarını bildirdi. Bu il avqustun 30-da Vaqif Poeziya Günlərinin rəsmi açılışı mərasimində çıxış edən Prezident İlham Əliyev həmin fikirlərini bir daha xatırlatdı: “Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun, işğalçılardan azad edəcəyik.
Danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”.
Bəli, Azərbaycan Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazisini danışıqlar yolu ilə yox, düşmən tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək azad etdi, ərazi bütövlüyünə nail oldu.
Düşmən 30 il ərzində torpaqlarımızı işğal alında saxlayaraq, istismar edib, təbii resurslarımızı oğurlayıb, kəndlərimizin, şəhərlərimizin izini belə yer üzündən silib. Salamat bir bina, bir infrastruktur saxlamayıb. Hər yeri xarabalığa çevirib, tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi dağıdılıb.
İşğalçı belə bir vandallığı törədərkən, yer-yurd adlarını dəyişərkən, erməniləşdirərkən düşünürdü ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq, özü isə torpaqları əbədi işğal altında saxlayacaq, bununla da xalqımızın iradəsini qıra biləcək. Ancaq qəsbkar yanılırdı. Vətən müharibəsində əldə edilən parlaq qələbəmiz, savaş günlərində xalq–Prezident birliyi bu təsəvvürün nə qədər yanlış olduğunu təsdiqlədi…
Hazırda erməni vəhşiliyinin, barbarlığının izləri qalan torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Bu isə Azərbaycanın nə qədər güclü-qüdrətli dövlət olmasını təsdiqləyir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşın ideya qayəsi, qələbəyə səsləyən sərkərdə çağırışı oldu. 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.
Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı Azərbaycan Ordusu irəli gedirdi,hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Nəticədə biz məqsədimizə nail olduq.
Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə, platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmış və bu işin səmərəsi olmuşdur. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycan ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycan haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpaqlarımızdır, Qarabağ Azərbaycandır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

İkinci Qarabağ müharibəsi tarixdə
Azərbaycanın şanlı qələbəsi kimi qalacaq

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.
44 gün davam edən müharibədə 30 ilə yaxın idi ki, işğal altında olan əzəli torpaqlarımızın azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi sıradan çıxarıldı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda qarşıda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-Prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
2020-ci il noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan edən kaputilyasiya aktı imzalandı. Bir ay sonra isə isə – dekabrın 10- da Bak;da Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə ilk Zəfər paradı keçirən dövlət kimi dünya tarixinə düşdü. Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özünəməxsus özəllikləri var.
Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.
Yaşasın Ali Baş Komandan Cənab İlham Əliyev, Yaşasın qüdrətli Azərbaycan ordusu.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

QƏLƏBƏ AZƏRBAYCANLILAR HAQQINDA MƏĞLUB XALQ SİNDROMUNU SINDIRDI, XALQIN İNAMINI ÖZÜNƏ QAYTARDI

Azərbaycan xalqı 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrəti ilə yaşadı. Dövlətimiz bu illər ərzində hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və danışıqlar yolu ilə həllinə səy göstərsə də, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti hər hansı bir müsbət nəticənin əldə olunmasına imkan vermədi. Ermənistanın növbəti hərbi təxribatları ilə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi isə problemi kökündən həll edərək 30 ilin ədalətsizliyinə son qoydu, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şübhə yoxdur ki, İkinci Qarabağ müharibəsi böyük Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın biabırçı kapitulyasiyası nəticəsində Kəlbəcər, Laçın və Ağdam rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində yer alacaq.
Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan Ordusunun uğurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması Qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi “unudulan” qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Prezident İlham Əliyev məlum nitqində bu məqamlara xüsusi diqqət yönəldir.
Müstəqilliyimizin ilk illəri çağdaş tariximizə faciələrlə dolu dövr, qara səhifə kimi yazılsa da, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan dövr Azərbaycana tarixi Zəfəri yaşatdı. Bu gün bu Qələbəmiz yeni reallıqlar yaratmaqla ölkəmizin qarşısında geniş imkanlar açır.
Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləridə öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.”
44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

ÜÇTƏRƏFLİ BƏYANATIN İMZALANMASI ÜMUMXALQ BİRLİYİNİN TƏNTƏNƏSİDİR

Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının  yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.
44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı.  Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikilir, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa edilir.
Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır.
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat regionda yeni siyasi reallıq yaradıb. Müvafiq hüquqi baza yaradan həmin bəyanatı ümumxalq birliyinin təntənəsi adlandırmaq olar. Sənəd bir daha sübut etdi ki, prosesdə qalib dövlət Azərbaycandır və şərtləri yalnız Azərbaycan diqtə edir. Ermənistan Azərbaycanın xüsusilə əməkdaşlıq şərtini qəbul etməlidir, çünki bunun başqa alternativi yoxdur. Azərbaycan ordusunun zəfər yürüşünün nəticəsi olan bu sənəd ölkəmizin maraqlarına xidmət edir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başladı, kommunikasiya və s. imkanlar genişləndirildi. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək.
Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bir il ötür, bəyanatın mahiyyəti və məzmununa məhz bir ildən sonra qiymət vermək daha düzgündür: “Bu bəyanat ilk növbədə müharibəyə son qoydu, lakin bəyanatı yalnız atəşkəs sənədi kimi qəbul etmək olmaz. Sənədin imzalanması ilə Ermənistan və Azərbaycan arasındakı müharibə başa çatdı və Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atmaqla məğlubiyyətini qəbul etmiş oldu. Daha sonra həmin sənəddə icrası nəzərdə tutulmuş bəndlərin reallaşdırılması prosesinə başlanıldı. Prinsip etibarilə bəyanatı uğurlu sənəd kimi qiymətləndirmək olar. Bəyanatın əsas əhəmiyyəti ondan ibarət idi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi, yəni geri qaytarılmasını Ermənistan öz öhdəliyinə götürmüşdü. Şükürlər olsun ki, bir güllə atılmadan proses baş tutdu və həmin rayonlar Azərbaycana qaytarıldı. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi prosesi və Türkiyənin iştirakı ilə monitorinq mərkəzinin qurulması başa çatdırıldı. Bütün bunlar uğurlu addımlardır.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir

Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündənsonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu.
Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə imzalanmış bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərinrəsmiləşdirilməsidir. Ermənistanın təslim olmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi idi – bu tarixi uğurla Ermənistan Ordusuna sarsıdıcı zərbəvuruldu. Azərbaycan Prezidenti, Ali Baş Komandancənab İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi.Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi

İxtiyar Xəlilov-Dəkkəoba kənd sakini, ağsaqqal

 

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq

Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi44 günlük müharibədə darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də olsun, fərarilik faktı qeydə alınmadı.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Adil Rəhimov – Zərdab şəhər sakini, ağsaqqal

 

Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək

44 günlük müharibədə qazanılan Zəfər həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Bununla belə, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənabİlham Əliyev onların ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirdi.Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.
Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Elvin Xəlilov-Vətən müharibəsi iştirakçısı

 

 

Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədəAzərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etdi, düşmənə informasiya sferasında ciddi zərbələr vuruldu. Azərbaycan cəmi 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Prezident cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq edərək, Ermənistana öz şərtlərini diktə etmək istəyirdi və buna tam nail oldu. Biz bu qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi.Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi sənəddə təsbit edilib. Bununla faktiki olaraq həm də türk dünyası arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki