image-qanunla-reklam
image-1669881427-1669448686_dfhsfghdfgjdfgj

Məşhur meyxanaçının səhhəti pisləşdi – VİDEO

image-lady-day-az

Meyxana ustadı və qəzəlxan Mahir Cürətin səhhətində ciddi problem yaranıb.

“Qanunla.az” xəbər verir ki, “Bizimləsən” verilişində meyxanaçı ilə bağlı süjet yayımlanıb. Onun ayaqlarında yaranan yaralar çoxalaraq, ağırlaşıb. Yeriməkdə çətinlik çəkən meyxanaçı xəstəxanaya yerləşdirilib. O, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Mahir Cürətin oğlu atası ilə bağlı bunları deyib:

“Atamın sağlıq vəziyyəti yaxşı deyil. Tez-tez dəyişir. Biz üç övladıq. Mən və iki bacım var. Atam çox sakit insandır. Sadəcə, bu xəstəlik onun əsəb sistemini pozub. Yaraları onun əsəblərinə toxunub. Biz heç kimdən heç nə ummuruq və gözləmirik. Onun tələbələri var. Coratdan meyxanaçı Balabey. O, atama baş çəkir, səhhəti ilə maraqlanır. Nənəm də atamdan çox nigarandır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki