image-qanunla-reklam
image-aydin-kitab

Mərhum tarixçimizin monoqrafiyası nəşr edildi

image-lady-day-az

Tarix elmləri doktoru, mərhum Aydın Balayevin “Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri” monoqrafiyası nəşr edilib.

 

Qanunla.az xəbər verir ki, “JekoPrint” çap evi tərəfindən nəşr olunan kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub.

 

Tədqiqatda Azərbaycan türklərinin qədim köklərinə də diqqət ayrılıb. Kitabda Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunub.

 

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir.

 

Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki