“Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Moskva Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.
“Əlbəttə ki, biz gərginliyin səngiməməsindən və hətta bəzi məntəqələrdə artmağa meyilli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq”, – deyə D.Peskov vurğulayıb.