image-qanunla-reklam
image-336784330_1696723617428355_9066773307565482561_n

İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir

image-lady-day-az

Prezident İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir

Dövlətimizin başçısı 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi. Prezident daim bəyanatlarında bildirirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Müzəffər Ali Baş Komandan Novruz bayramı münasibətilə Talış kəndindən Azərbaycan xalqına müraciətində də işğal dövrünün reallıqlarını diqqətə çatdıraraq bəyan etdi ki, bunları unutmuruq və unutmayacağıq. Ermənistan və ona havadarlıq edən dövlətlərin, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in artıq tarixin arxivinə göndərilmiş Minsk qrupunun həmsədr ölkələrinin məqsədi problemi həll etmək yox, dondurmaq idi. İşğalçı ölkənin baş naziri “Qarabağ Ermənistandır və nöqtə” fikirlərini səsləndirib Azərbaycan xalqının haqlı hüququnu əlindən almaq istəyəndə təcavüzkarın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupunun həmsədri olan dövlətlər bu bəyanata heç bir reaksiya vermədilər. Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra da ölkəmizə qarşı saysız-hesabsız ədalətsiz addımlar atıldı, çirkin əməllər törədildi və çox təəssüflər olsun ki, bu iyrənc proses bəzi hallarda davam etməkdədir.

Prezident İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir. Bu günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Onlar yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Əgər sülh müqaviləsi Ermənistana lazım deyilsə, bizə də lazım deyil.

Ermənistanın və havadarlarının 30 illik işğal dövründə yaşadıqları xəyallara, yaratdıqları miflərə 44 günlük İkinci Qarabağ müharibəsində son qoyuldu. Ermənistan diz çökdürüldü. İşğalçı dövlət bundan dərs alıb ona yaradılan son şans barədə düşünmək əvəzinə bu gün yeni ağa axtarışındadır. Dövlətimizin başçısı İlham Əliyevin “Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək” bəyanatı Ermənistana və havadarlarına ciddi mesajdır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandanın hər bir çıxışının, müraciətinin sonunda qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” çağırışı özündə bütün məqamları ehtiva edir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki