image-qanunla-reklam
image-336679519_176374444753081_5239415689854811575_n

İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri “Böyük Qayıdış” proqramı üçün mühüm əhəmiyyət kəsb etmiş oldu

image-lady-day-az

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri “Böyük Qayıdış” proqramı üçün mühüm əhəmiyyət kəsb etmiş oldu

 Xalqın ən böyük gözləntisi, arzusu Prezident İlham Əliyevin komandanlığı altında reallaşdı, müasir Azərbaycan tarixinin ən parlaq səhifəsini 44 gün ərzində şanlı ordumuz yazdı və işğala son qoyuldu. Status yoxdur, əvəzində qalib statuslu bütöv Azərbaycan var və regionun standartlarını rəsmi Bakı diktə edir.

İndi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunmuş Talış kəndində görülən işlərlə, “Suqovuşan” su anbarının və magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış olur, yeni inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edirlər. Düşünürəm ki, gerçək reallıq dediyimiz budur və bunu seyr etmək vətəndaş xoşbəxtliyidir: “Prezident, həmçinin İkinci Qarabağ müharibəsində şərəfli ordumuz tərəfindən çökdürülən Ermənistana növbəti ciddi xəbərdarlığını bildirdi. Ölkə başçısı qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırıblar. Yəni Ermənistanda yenə də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları səsləndirilir. Ermənistan və onun arxasında duran riyakar ölkələr bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Birliyimiz, gücümüz, iradəmiz qarşısında acizdirlər. Qüdrətimiz, dostlarımız , dünyada güclü mövqelərimiz hamıya bəllidir”.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri “Böyük Qayıdış” proqramı üçün mühüm əhəmiyyət kəsb etmiş oldu. Eyni zamanda, ölkə rəhbəri bu bölgədən xalqa ünvanladığı bayram təbrikində mühüm mesajlar verdi ki, bu mesajlar həm ərazi bütövlüyümüzün qətiyyəti, həm də Azərbaycanın gələcək perspektivləri üçün böyük gözləntilərin anonsu idi.

Rəmzi Şirinov-Dəkkəoba kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki