image-qanunla-reklam
image-284795205_553183529508966_428422418167782427_n

İki qardaş ölkə

image-lady-day-az

İki qardaş ölkə.

 Azərbaycan qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir. Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək, hər iki ölkə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış edib. Azərbaycan və Türkiyə münasibətləri haqqında danışarkən yalnız bu gündən söhbət açmaq düzgün olmazdı. Çünki bu iki dövləti bir-birinə bağlayan köklər minilliklərə dayanır. Əlbəttə ki, bütün tarixi analiz etmək fikrim yoxdur. Dədə Qorquddan Koroğluya qədər, Mövlanədən Nəsimiyə qədər, Nuru paşadan, Çanaqqala savaşından, Əhməd Cavadın az qala hər kəsin əzbər bildiyi “Çırpınırdı Qara dəniz”inə qədər həddindən artıq ortaq dəyərlərə sahibik. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və bir-birinə bağlı olan ikinci belə bir nümunə tanımıram. Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər bağlı dövlətlər yoxdur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” söylərkən, bu ifadədə qardaş bağlılığını hiss edə bilərik. Eynilə də Türkiyənin sevinci və kədəri Azərbaycanın öz hissləridir. Bəli, məhz bunun nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-1916) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.Bu gün Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir. Və bu günkü nəslin borcu ata-babalardan gələn bu birliyi, qardaşlığı olduğu kimi, hətta daha möhkəm formada gələcək nəsillərə ötürməkdir. Azərbaycanla Türkiyənin taleyi birgə yazılıb və bu daim belə də olmalıdır.

İkinci Qarabağ müharibəsinin davam etdiyi və postmüharibə dövründə dünya dövlətlərinin hələ də işğalçı Ermənistana havadarlıq etdiyi bir zamanda belə Türkiyənin yüksək vəzifəli şəxslərinin Azərbaycana dəstək xarakterli açıqlamaları xalqımızın gücünə güc qatdı. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir» sözləri ilə cavablandıran Prezidentimiz cənab İlham Əliyev imzalanan Şuşa Bəyannaməsini müttəfiqlik səviyyəsinə qalxan zirvə adlandırdı. Bu işbirliyi bütün dünyaya bəyan etdi ki, həmrəylik sözdə deyil əməldə olmalıdır. Vətən müharibəsindən sonra Azərbaycanın bütün rayonlarında, şəhərlərində, kəndlərində Qələbəmizin müjdəsi olan Azərbaycanın üçrəngli bayrağı ilə Türkiyənin al qırmızı, ay-ulduzlu sancağının qoşa dalğalanması hər iki xalqın ürəyində illərdən bəri qorunan milli həmrəyliyin geniş mənada nümunəsidir.

«Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır» sözləri ilə gələcəkdə daha böyük işbirliyinə nail olunacağını bildirən ölkə başçımız cənab  İlham Əliyev bu yolda ən inanılmış, xalqı arxasınca aparmaq gücünə malik liderdir. Hər iki ölkəni daha böyük inkişafa aparan, həmrəylikdən güc alan, zamanı qabaqlayan «sürət qatarı» artıq yoldadır. Azərbaycanın Mərkəzi Asiya regionunda önəmli logistik mərkəz olacağının təsdiqi Türkiyə-Azərbaycan birliyi, həmrəyliyidir.

 

Zərdab rayon Şəftəhal kənd tam orta məktəbin  müəllimi- Səriyyə Muradova.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki