image-qanunla-reklam
image-166452926990087283_1000x669

Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır

image-lady-day-az

Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır

Enerji təminatı hər bir ölkənin strateji məsələsidir. Bu sahədə ölkəmizdə son illərdə çox böyük işlər görülür. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb və bütun bu enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdəndir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə  ixrac ediləcək. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək ölkəmizin təşəbbüsləri reallığa  çevirən ölkə kimi nüfuz qazandığını görərik.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı –Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki