image-qanunla-reklam
image-365228352_845325993613847_370589845187266597_n

Ədalətli mövqe

image-lady-day-az

Ədalətli mövqe.

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.

Cənab Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəsində ölkəmizin qüdrətini, mübarizəmizin haqq və ədalət naminə olmağını, xalqımızın qürurunu bir daha ifadə etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”

Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi.

 2020-ci il sentyabr  ayının  27-də  təcavüzkar  Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Biz illərdir yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdik, 30 illik münaqişəyə son qoyduq və hərbi-siyasi yollarla ərazi bütövlüyümüzü  və tarixi ədaləti bərpa etdik. Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazisində, Dağlıq Qarabağda və ətrafdakı rayonlarda olması idi  və  bu işğal 30 ilə yaxın  davam etdi. 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatan Vətən Müharibəsi Ermənistanın işğalçılığına son qoydu.

Ali Baş Komandan cənab İlham Əliyevin cari ilin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəsində qeyd etdi ki, “Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib.

 İyulun 22-də cənab Prezident İlham Əliyev Şuşada “Euronews” televiziya kanalına müsahibə verib. Cənab Prezident müsahibəsində bildirmişdir ki, “Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq”

Rusiya-Ukrayna müharibəsi dünyanın beynəlxalq siyasi mənzərəsinə olduğu kimi iqtisadi həyatına da öz təsirini göstərdi. Bu müharibə göstərdi ki, Avropa İttifaqı ölkələri üçün mütləq etibarlı enerji tərəfdaşına mühüm ehtiyac vardır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası Avropa İttifaqı üçün ən etibarlı və dayanıqlı bir tərəfdaşına çevrilməkdədir. Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zaman­da, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrast­rukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oyna­dığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Aİ-nin Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışma­sı mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regio­nun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqti­sadi əlaqələrin inkişaf etdirilməsi Aİ-nin diqqət ayırdığı prioritet istiqamətlərdən biridir.

Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir.

Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas ve­rir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edir. Bunun təminatı müzəffər ali baş komandan cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!

Eşqin Əmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki