image-qanunla-reklam
image-ilham-esas

Deyirdilər ki, Azərbaycan müharibəni uda bilməz

image-lady-day-az

Bizim 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri bizə həmişə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan bu 30 il ərzində işğal edilmiş torpaqlarda istehkamlar, müdafiə xətləri qurmuşdu. Eyni zamanda, Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq.

Qanunla.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Bu fərziyyələrin nəticə etibarilə özünü doğrultmadığını qeyd edən dövlətimizin başçısı deyib:

“Onlar bir məsələni diqqətdən kənarda qoymuşdular, Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Bəli, bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu. Bölgənin coğrafiyası bizim üçün çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada – tarixi şəhərimizdə qoyduq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki