“Sadakatsiz” serialındakı uğurundan sonra “Gülcemal”da baş rolu canlandıran Melis Sezen Venesiya Film Festivalına məşhur brendin qonağı olaraq qatılıb.

“Qanunla.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qırmızı xalça üçün ağ, arxası açıq büstqaltersiz paltara üstünlük verən aktrisa yenə diqqət çəkib.

Dekoltesi ilə göz qamaşdıran Sezenin geyimi bəzi sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.

Daha əvvəl “Altın Kelebek” mükafatlandırma mərasiminə qatılan Melis Sezen dekolteli paltar seçdiyi üçün gündəm olmuşdu.