Çin prezidenti Si Cinpin gələn il Rusiyaya gedə bilər.
“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib. Diplomatın sözlərinə görə, Rusiya və Çin arasında münasibətlərdə ilin əsas hadisəsi Rusiya lideri Vladimir Putinin Pekinə “Olimpiya” səfəri olub və bu səfər zamanı o, COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə Si Cinpinlə görüşüb. Sentyabrda dövlət başçıları Səmərqənddə ŞƏT sammiti çərçivəsində danışıqlar aparıblar.
Morqulov qeyd edib ki, siyasətçilər mütəmadi olaraq mesaj mübadiləsi aparır, telefon və video zənglər vasitəsilə əlaqə saxlayırlar.