image-qanunla-reklam
image-news_20220112034112

Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

image-lady-day-az

Cənab Prezident İlham Əliyev yerli televiziya
kanallarına müsahibə verib

 

Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır

Son vaxtlarda qarşılıqlı münasibətlərin genişlənməsi Avropa İttifaqı ilə tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur. Bu gün Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirməklə yanaşı, Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan zəfərdən sonra dünya əhəmiyyətli yeni nəqliyyat infrastrukturnun yaradılması ölkəmizn strateji əhəmiyyətini daha da möhkəmləndirir. Bu nəhəng nəqliyyat infrastruktur layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini göstəricisidir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bunun üçün mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil, Avropa İttifaqının prioritet hesab etdiyi iki istiqamət – iqlim dəyişməsi və rəqəmsal inqilab sahəsində birgə başlanılan layihələrin əsasında olmalıdır.
Bundan başqa, bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli və etibarlı dövlət olmasından xəbər verir. Ona görə də Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Bununla yanaşı, Avropa İttifaqı sərhədlərin delimitasiyası və regional əməkdaşlıq səylərində də yaxından iştirak etmək əzmindədir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir

Qərbin enerji təhlükəsizliyinin təmin olunması ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.
Bu gün Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Bundan başqa, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Əminik ki, Azərbaycanın qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

 

Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində məğlubiyyətə uğrayan işğalçı ölkə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən üzərinə öhdəliklər götürdü. Bəyanatın şərtlərinə uyğun olaraq, işğal altındakı digər ərazilərimiz bir güllə belə atılmadan, heç bir itki verilmədən azad olundu. Əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Sözügedən bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. Fevralın 14-də Prezident İlham Əliyevin Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da sözügedən bəyanatın 9-cu maddəsinin icrasına başlanılmasının bariz ifadəsidir.
Bir sözlə, ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını genişləndirəcək. Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək. Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də Zəngəzur dəhlizində kommersiya baxımından maraqlıdır. Ermənistandan İrana başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də Zəngəzur dəhlizi yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

 

 

Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi

Məlum olduğu kimi iki ilə yaxın müddətdir ki, dünya dövlətləri və olkəmizdə COVİD-19 xəstəliyinə qarşı davamlı mübarizə aparılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir.
Koronavirusla mübarizə çərçivəsində görülən işlərdən biri kimi Cənab Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nu da göstərmək olar. Belə ki, Fondun yaranmasında məqsəd Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olmuşdur. Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilmişdir. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılıb.
Belə ki, koronavirusla bağlı mübarizə sahəsində atılan uğurlu addımlar sırasında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”ı təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s Sərəncamının qəbul edilməsi olmuşdur. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.
Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda da əhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti başçısının şəhər və kənd İƏD üzrə nümayəndəlikləri, aidiyyəti qurumlar o cümlədən tibb işçiləri tərəfindən əhali arasında maariflənmə işləri aparılaraq vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi davam etdirilir. Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinləşmə prosesi vətəndaşların sağlamlığı üçün vacib mərhələdir. Bu sahədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Ruslan Nemətov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, görülən işlərin mərkəzində hər zaman insan amili, sosial rifah dayanıb

Azərbaycan Respublikasının Konstitusiyası ilə ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək ali niyyət kimi bəyan edilib. Həmçinin, ana qanunumuzla vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir: “Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə səsləndirdiyi statistika, o cümlədən bəyan etdiyi fikirlər konstitusion olaraq müəyyən olunmuş bu ali niyyət və məqsədə sədaqətin təzahürüdür. Digər tərəfdən, o da məlumdur ki, pandemiya bütün dünyada ağır iqtisadi böhrana, o cümlədən, nəticə etibari ilə ciddi sosial problemlərə yol açıb. Təbii ki, qlobal iqtisadi məkanın bir hissəsi kimi Azərbaycan da bu proseslərdən sığortalanmayıb. Lakin 44 günlük müharibə, daha sonra işğaldan azad olunmuş ərazilərdə başlanan geniş miqyaslı quruculuq-bərpa prosesinin ciddi iqtisadi yükünə baxmayaraq Azərbaycan sosial dövlət konsepsiyasından geri çəkilmədi. Əksinə, 30 milyard manata çatacaq xərclə 2022-ci ilin dövlət büdcəsi tariximizdə ən böyük büdcə olacaq və bu büdcədə xərclərin əhəmiyyətli hissəsi məhz sosial sahəyə yönəldiləcək. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, bu, kifayət qədər mürəkkəb bir dövr olan 2021-ci ildə əldə edilmiş nailiyyətlərin hesabınadır”.
Ötən illə bağlı digər mühüm məqam xarici ticarət balansının 10 milyard dolları aşan müsbət saldosu ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır: “Burada diqqət ediləcək digər vacib bir məqam, dövlət başçısının müəyyən etdiyi kursa uyğun olaraq iqtisadi strategiyanın sosial amilləri nəzərə alaraq həyata keçirilməsi, daha dəqiq formada ifadə etsək, Prezident İlham Əliyevin iqtisadi və sosial siyasətinin bir-birini tamamlaması ilə bağlıdır. Bu ona görə vacibdir ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Lakin Prezidentin özünün də müsahibədə vurğuladığı kimi, elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin”.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Bu gün beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir

Vətən müharibəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərləri erməni siyasətinin əsl simasını ifşa etdi. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.
Bu gün beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir, rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl atıb. Müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsin.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir

“Vətən müharibəsi zamanı aparıcı ölkələrin mövqeyi də önəmli məsələlərdən idi. İkinci Qarabağ müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. ABŞ və Fransa isə Ermənistana rəğbətini gizlətmirdi. Artıq Fransa müharibənin nəticələrini qəbul etmişdir və Prezident E.Makronun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keçirilmişdir.
Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi barədə danışaraq qeyd etdi ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi, sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkiləcək. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. “Zəngəzur dəhlizi” termini artıq beynəlxalq leksikona da daxil edilib”.
Hazırda Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları düzgün tərtib etməkdir. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Avropa da əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmiz Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından Avropanın ən yaxın tərəfdaşı və etibarlı təchizatçı olan Azərbaycanın qazına ehtiyac duyulur. Prezidentin də qeyd etdiyi kimi, energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə həm siyasi, həm də iqtisadi fayda əldə edilməsinə hədəflənib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsini hamımız izlədik. Cənab Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu.
Sülhməramlıların fəaliyyəti barədə söylədikləri fikirlərə diqqət yetirəndə görürük ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə alınmaması ədalətsizlik olar. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində.
Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.
Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

 

QALİBLƏRİN DOSTLARI ÇOX OLUR

Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək beynəlxalq presedent yaratdı. İstər müharibənin gedişatı, istərsə də ondan sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya qoydu ki, bizim məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf gətirməkdir.
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxarmışdır. Artıq əminliklə deyə bilərik ki, 44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb. Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə, səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni reallıqlardan tamamilə uzaq idi. Həmin bəyanatlarda vaxtaşırı münaqişə mövzuları, status və digər qəbuledilməz məsələlər qabardılırdı. Lakin sonradan onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar sənədlərə istinadlar verməyə başladılar. Yəni Minsk Qrupunun fəaliyyətində də artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir.
Burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın güclü ölkə olması da rol oynadı. Aydın məsələdir ki, bu gün beynəlxalq siyasətdə hüququn gücü yox, gücün hüququ işləyir. Yəni “güclüsənsə, deməli haqlısan” prinsipi əksər hallarda özünü doğruldur. Bu mənada, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir. Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq, təcrübə onu göstərir ki, qaliblərin dostları da həmişə çox olur. Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik. Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir göstərir, haqq işimizə əlavə töhfələr verir.
Bu gün böyük güc mərkəzlərinin regiona baxışları Azərbaycanın mövqeyi ilə demək olar, üst-üstə düşür. Regionda marağı olan dövlətlər postmünaqişə reallıqlarından çıxış etməyə üstünlük verirlər. Təbii, bəziləri buna məcbur ediliblər. Çünki regiona qayıtmaq üçün başqa bir qapı yoxdur. Xüsusən, ötən ilin sonları keçirilmiş Soçi və Brüssel danışıqları onu göstərdi ki, Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük müharibənin nəticələrinə dair beynəlxalq konsensus mövcuddur. Həm Rusiya, həm də Qərb yeni reallıqları tanıyırlar.
Diplomatik uğurlarımızın davamlılığı tarixi Zəfərimizin yaratdığı reallıqların dünyada qəbul edilməsini şərtləndirir. Dünyanın əksər gücləri artıq baş verənləri görməzdən gəlmir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Bütün bu kimi amillər ölkəmizə hörməti və etimadı daha da artırdı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox müsbət effektdir və daim müsbət təsir göstərəcək.

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

MÜHARİBƏ NƏTİCƏSİNDƏ BEYNƏLXALQ İCTİMAİYYƏT NÖVBƏTİ DƏFƏ ERMƏNİ VANDALİZMİNİN ŞAHİDİ OLDU.

Vətən müharibəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərləri erməni siyasətinin əsl simasını ifşa etdi. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.
Vətən müharibəsi zamanı aparıcı ölkələrin mövqeyi də önəmli məsələlərdən idi. İkinci Qarabağ müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. ABŞ və Fransa isə Ermənistana rəğbətini gizlətmirdi.
Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi barədə danışaraq qeyd etdi ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi, sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkiləcək. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. “Zəngəzur dəhlizi” termini artıq beynəlxalq leksikona da daxil edilib”.
Hazırda Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları düzgün tərtib etməkdir. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Avropa da əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmiz Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından Avropanın ən yaxın tərəfdaşı və etibarlı təchizatçı olan Azərbaycanın qazına ehtiyac duyulur. Prezidentin də qeyd etdiyi kimi, energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə həm siyasi, həm də iqtisadi fayda əldə edilməsinə hədəflənib.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

 

AZƏRBAYCAN MDB MƏKANINDA BİRİNCİ ÖLKƏ İDİ Kİ, VAKSİNASİYAYA START VERDİ

Virusa yoluxma tablosunda hər gün ölüm hallarının baş verdiyini görürük. Bu, o deməkdir ki, virus ilk günlərdə olduğu kimi can almağa davam edir. Eyni zamanda yeni ştammların meydana çıxması təhlükənin hələ də qaldığını göstərir. Azərbaycan COVID-19-la fəal mübarizə aparan ölkələrdən biridir.
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində də qeyd etdiyi kimi, ölkəmiz qısa müddətdə səhiyyə infrastrukturunu koronavirusla səmərəli mübarizə üçün səfərbər etməklə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində nümunəvi tədbirlər görən ölkələrdən biri oldu. Azərbaycan ilk ölkələr sırasında və MDB məkanında birinci ölkə olaraq vaksinasiyaya start verdi.
Bu gün 18 yaşdan yuxarı əhalinin 64 faizi artıq iki dozanı alıb.
Prezident İlham Əliyevin üçüncü dəfə vaksin olunması isə hər birimiz üçün nümunədir.
Bu gün bir çox ölkələrdə qapanmalar, xəstəxanalarda yer çatışmazılığı və digər çətinliklər olduğu halda, Azərbaycan bu məsələləri yüksək səviyyədə həll edir. Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər, vaksin əlçatanlığının təmin olunması nəticəsində ölkəmizdə vəziyyət nəzarət olunan səviyyədədir.
Təbii ki, bu sabitliyin sona qədər davam etməsi üçün hər bir vətəndaş öz məsuliyyətini anlamalı, gigiyenik qaydalara düzgün riayət etməli, vaksinasiya prosesində fəal iştirak etməlidir. “Omicron” ştammının fəsadları ilə bağlı artıq Azərbaycan cəmiyyəti də kifayət qədər məlumatlıdır.
Bu baxımdan virusla birgə mübarizəni davam etdirmək olduqca vacibdir. Pandemiyanın ilk günlərində olduğu kimi, bu gün də biz sona qədər birlikdə güclü olmağı bacarmalıyıq.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi.

 

 

Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm məqamlarla diqqət çəkdi. Dövlət başçısı müsahibə zamanı Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycanla Ermənistan arasında münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırdı. Ölkə başçımız müsahibəsində bir çox önəmli mesajlar verdi. Ölkə lideri verdiyi mesajlarla post-müharibə dövründə Azərbaycanın hədəf və məqsədlərini ortaya qoydu, Ermənistanla münasibətlərin gələcək konturlarını cızdı.
Zəngəzur dəhlizi barədə ölkə başçımızın verdiyi bəyanat xüsusilə diqqəti cəlb edib. Ölkə lideri bildirib ki, biz bu dəhlizdən hava yolu üçün Ermənistandan icazə almadan istifadə edirik. Möhtərəm Prezidentimiz vurğuladı ki, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmaq düzgün olmaz. Çünki ,bu dəhlizdən həm dəmir yolu həm də avtomobil yolu keçəcək, həmçinin gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilməsi planlaşdırılır. Prezidentin bu açıqlaması Bakının yeni dünya düzənində oynadığı və hədəflədiyi məqsədlərə aydınlıq gətirir. Ölkə lideri Azərbaycan diplomatiyasının bu müstəvidə əldə etdiyi uğurlardan da söz açıb. Bildirib ki, bizim səylərimiz nəticəsində artıq “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib. Zəngəzur dəhlizinin açılışı Asiyadan Avropaya və əks istiqamətdə ölkəmizin üzərindən keçən nəqliyyat dəhlizlərinin uzunluğunu kifayət qədər qısaldır. Yolun uzunluğunun azalması həm vaxt itkisinə qənaətdir, həm də yüklərin daşınmasının maya dəyərinin aşağı düşməsi deməkdir. Bu baxımdan, dəhliz rəqabət qabiliyyətliliyinə görə səmərəli və rentabelli olacaq. İxrac marşrutunun qısalması iqtisadi səmərə deməkdir və məhz Naxçıvan vasitəsilə yeni açılacaq Zəngəzur dəhlizi Avropaya və Şərq ölkələrinə daşınacaq qeyri-neft məhsullarının artırılmasına imkan verəcək. Onu da qeyd edək ki, dəhlizin açılması turizm sənayesinə də təsirini göstərə bilər.
Cənab Prezidentin müsahibəsində regionda və dünyada baş verənlərlə bağlı söylədikləri onun vəziyyətə nə dərəcədə hakim olduğunu söyləməyə əsas verir. İstər Ermənistanın, istərsə də digər ölkələrin bu müsahibədən nəticə çıxarmalı olduğu çox məqam var.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

 

Uğurlu inkişaf yolu qələbənin əldə olunmasında mühüm rol oynadı

44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi idi. Təbii ki,  bu qələbənin qazanılmasında rol oynayan əsas komponentlərdən danışarkən ölkəmizin hərbi potensialının daha da artırılması, iqtisadi stabilliyin qorunub saxlanılması, ən əsası isə beynəlxalq müstəvidə aparılan düzgün xarici siyasət kursu xüsusi qeyd olunur. Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Hal-hazırda azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda aparılan abadlıq yenidənqurma işləri tezliklə regionda inkişafın, canlanmanın və məskunlaşmanın formalaşmasına gətirib çıxaracaq. Uğurla və davamlı şəkildə aparılan işlər ümumi fonda ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki