image-qanunla-reklam
image-media-97c16d09-44c5-3ca6-8251-8ce80afb95ca-ot06a94rfwpnel82u5jb

Cənab Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahib verib

image-lady-day-az

Cənab Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahib verib

Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi

Yanvar ayının 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə növbəti səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra obyektlərin təməlqoymasında iştirak etdi, eləcə də açılışlar etdi.
18 illik Prezidentlik müddətində 18-ci dəfə Gəncəyə səfər edən ölkə rəhbərinin hər bir səfəri Gəncə şəhərinin daha da inkişafı ilə bağlı mühüm addımların atılmasını özündə ehtiva edir.44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutub. Bu cinayətin nəticəsində Gəncədə 6-ı uşaq olmaqla 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu.Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı isə həmin ərazidə inşa olunacaq sahəsi 4 hektar olacaq Memorial Kompleksin təməlini qoyub. Kompleksin layihəsinə əsasən erməni hücumu nəticəsində dağıdılmış binalar olduğu kimi qalacaqdır. Bu qanlı terror hadisəsi bizim qan yaddaşımızdır, bu yaddaş silinməməlidir və tariximizdə olduğu kimi yaşamalıdır. Azərbaycan xalqı regionda sülhün bərqərar olmasını istəyir. Lakin ermənilərin törətdiyi cinayətlər, vəhşiliklər heç vaxt unudulmamalıdır. Bu baxımdan, Gəncədə yaradılacaq Memorial Kompleks böyük əhəmiyyətə malikdir. Bu kompleks hər zaman vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq. Bununla da, gələcək nəsillər də erməni faşizminin qanlı əməllərinin şahidi olacaqlar.
Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi. Gəncəyə səfəri çərçivəsində Prezident İlham Əliyevin AZƏRTAC-a verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib.Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək qətiyyən yolverilməzdir. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması baş verir. Belə görünür ki, artıq faşizmin, qəddarlığın, amansızlığın icraçıları olan “qəhrəmanların” şərəfinə abidələr qoyulması Ermənistanın siyasətində prioritet istiqamətə çevrilib. İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Təbii ki, bu fakt faşizmin təbliğatıdır. Bu gün isə Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan revanşist iddialarla çıxış edirlər. Bu da onu göstərir ki, Ermənistan bütün dünya üçün böyük və ciddi təhlükə mənbəyidir.Beynəlxalq ictimaiyyət faşizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıdır. O cümlədən, erməni faşizminin bütün təzahürləri məhv edilməlidir. Əks halda, bəşəriyyət gələcəkdə də bu bəladan əziyyət çəkəcək. Əgər erməni faşizmi baş qaldırarsa, Azərbaycana təhlükə yaradarsa yenə də başları üzərində dəmir yumruğu görəcəklər. Bütövlükdə isə, faşizmin bütün əlamətlərinə qarşı dünya ictimaiyyəti mübarizə aparmalıdır. Çünki faşizm bəşəriyyətə qarşı bir cinayətdir. Ona görə də, bütün ölkələr bu mübarizədə fəal olmalıdır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

On səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub

Yanvarın 30-da cənab Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində burada inşa olunacaq Memorial Kompleksin təməlini qoydu, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi. Prezidentin səfəri çərçivəsində Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verildi.
Təxminən 4 hektar ərazidə yaradılacaq Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək. İkinci “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması vətəndaşların bu sahədə artan tələbatını yerinə yetirəcək.
Ümumiyyətlə, ötən on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 18 dəfə rəsmi səfərdə olub. Bu, Gəncəyə həmişə yüksək səviyyədə olan diqqətin bariz nümunəsidir.
Bu gün Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənərək uğurla icra edilməkdədir. Gəncədə indiyədək bir sıra layihələr icra edilib və bir sıra layihələrin icrası davam edir.Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma layihələri tam icra edilib, içməli su layihəsi isə icra edilir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.Şəhərdə yollar tam müasirləşdirilib, həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb, Gəncədən Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb.
Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu xətt, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, rahatdır. Gəncə Beynəlxalq Hava Limanı da uzun illər bundan əvvəl yenidən qurulub.
Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Gəncənin Kəlbəcər rayonunun inkişafı ilə bağlı əhəmiyyəti daha da artıb. Belə ki, Kəlbəcərə yeganə yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərə gedir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilir. Çünki qış aylarında həmin yol keçilməz və çox təhlükəli olur. Hazırda Murov dağının altından uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə də Kəlbəcərin, Laçının və digər azad edilmiş torpaqların həyatında xüsusi rolunun olacağ şübhəsizdir.Gələcəkdə Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da xeyli dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Oradakı qızıl, dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün Gəncənin xüsusi əhəmiyyəti olacaq.
Bütün bunlar deməyə əsas verir ki, digər regionlarımızla yanaşı, qədim Gəncə şəhərimizin də inkişafı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Əminik ki, yaxın gələcəkdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ölkəmizin inkişafındakı yeri və rolu daha da artacaqdır.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

 

Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb

Son illər Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyətinin  öz həllini tapması sevindirici haldır. Bu gün Gəncə şəhərinin enerji tələbatını tam ödəyəcək 10 yarımstansiya  inşa edilib. Bu önəmli göstəricidir. Bu gün şəhərdə qazlaşdırma layihələri başa çatdırırlıb. Gəncə şəhərinə gedən yollar, demək olar tam bərpa olunub. Ən önəmli faktor isə odur ki, Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi uğurla başa çatdırılıb.
Möhtərəm cənab Prezidentin Gəncə şəhərinin inkişafına göstərdiyi diqqət və qayğı göz qabağındadır. Hətta bunu Cənab Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı da qeyd edib. O bildirib ki, “Gəncə şəhərinə diqqət həmişə yüksək səviyyədə olub”.
Bu gün Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Zənnimcə, bu faktor  xüsusilə vurğulanmalıdır. Birincisi ona görə ki, Gəncəyə Bakıdan dəmir yolu xətti  Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır.  Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Digər tərəfdən, bu gün Gəncənin səhiyyə və təhsil infrastrukturu da yenilənib. Bu gün Gəncədə 245 şəhər xəstəxanası yenidən tikilib və əlavə 200  modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bütün bunlar  insanların rahatlığı üçün  çox önəmli məsələlərdir. Bu isə birmənalı olaraq onu göstərir ki, Cənab Prezident üçün  vətəndaş faktoru, vətəndaşın rifahı, onun rahatlığı bütün məsələlərdən öndə gəlir.
İkinci Qarabağ müharibəsi dövründə Gəncənin dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanması faktını xaqımız heç bir zaman unutmayacaq. Qeyd etmək gərəkir ki, ikinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinə erməni separatçıları tərəfindən  13 raket atılıb və nəticə etibarilə insanlar qətlə yetirilib. Həlak olan soydaşlarımız arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi. Hesab edirəm ki, Gəncədə inşa olunacaq Memorial Kompleks bu yaddaşın silinməməsinə öz tövhəsini verəcək, erməni vəhşiliyini unutdurmayacaq.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

 

Gəncəyə gedən yollar tam müasirləşdirilib

Gəncə şəhərinin minilliklərlə dayanan tarixi var, bu şəhər hər bir azərbaycanlının qəlbində məxsusi yerə malikdir.Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Gəncəyə gedən yollar tam müasirləşdirilib, həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Məlum olduğu kimi, Azərbayycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 30-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə rəsmi səfərdə olmuşdur. On səkkiz il ərzində cənab Prezident İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Gəncə şəhərində bir çox layihələr icra edilib və bu layihələrin icrası davam edir. Xüsusilə, qeyd etməliyik ki, Gəncəyə gedən yollar tam müasirləşdirilib, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub. Ölkə başçısı Gəncə şəhərinə səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun istismara verilməsində iştirak edib. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər isə cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən edilmiş siyasətin nəticəsidir. 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb və onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Bu vəhşilik nəticəsində 6-sı  uşaq olmaqla 26 mülki vətəndaş həlak olub, xeyli yaşayış evi dağıdılıb, vətəndaşlarımızın əmlakına böyük zərər dəyib. Bu hərəkətlər hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Hadisənin unudulmaması, beynəlxalq ictimaiyyətə və gələcək nəsillərə çatdırılması üçün faciə qurbanlarının xatirəsinə Memorial Kompleksinin ucaldılması çox mühüm hadisədir. Bəli, Azərbaycanın Müzəffər Ordusu, Xalq-Ordu-İqtidar birliyinin təntənəsi sayəsində erməni faşizmini məğlub etdi, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

 

“ASAN xidmət” mərkəzlərinin şəbəkəsi genişlənir

Yanvarın 30 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim etdi. Hər zaman olduğu kimi, dövlətimizin başçısı açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu və ölkəmizin maraqlarının hər bir halda prioritet olduğunu bir daha vurğuladı.
Eyni zamanda, Prezident cənab İlham Əliyev Gəncəyə səfəri çərçivəsində bir neçə mühüm mədəni, sosial obyektlərin açılışını etdi, təməlini qoydu. O cümlədən Gəncədə yeni “ASAN xidmət” Mərkəzinin, Gəncə Dram Teatrının açılışı oldu. Gəncə İdman Sarayının tikintisi də sürətlə davam edir. Bu əlamətdar hadisələr onu göstərir ki, digər bölgələrimiz kimi Gəncənin də inkişafı və şəhərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün əsas diqqət işğaldan azad edilmiş torpaqlara – Qarabağa və Zəngəzura yönəlsə də eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.

Nailə Əliyeva-Zərdab rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru

 

 

Gəncədə inşa olunacaq Memorial Kompleks böyük ərazini əhatə edəcək.

Prezident cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində bir sıra mədəni, sosial obyektlərin açılışında şəxsən iştirak etməsinin bu sahələrə göstərilən dövlət qayğısının təzahürü olduğunu vurğulayıb. Vətən müharibəsi dövründə Gəncənin erməni faşist ordusu tərəfindən dağıdılmış ərazisində Memorial Kompleksin yaradılmasının vacib siyasi məsələ olduğunu qeyd edən Aqiyə Naxçıvanlı bildirib: “Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Prezident cənab İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Bu namərd hücumlar nəticəsində təkcə Gəncə şəhərində 26 mülki vətəndaş həlak oldu ki, onların da arasında uşaqlar, qadınlar, yaşlı insanlar var idi. Bütün dünya gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.
Azərbaycan Ordusu isə müharibə dövründə belə cinayətlərə əl atmayıb, müharibəni ləyaqətlə aparıb və yalnız döyüş meydanında düşmənə cavab verib. Gəncə və digər şəhərlər – Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda cənab Ali Baş Komandan deyirdi ki, biz döyüş meydanında qisasımızı alacağıq və bu, belə də oldu. Ermənistan döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək diz çökdü, məğlub oldu. Azərbaycan Ordusu erməni faşizmini məğlub etdi və tarixi ədaləti bərpa etdi. Dünən Gəncədə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Memorial Kompleks isə erməni vandalizminin tarix boyu yaddaşlardan silinməməsinə xidmət edəcək. Dünya bu erməni vəhşiliyini unutmamalıdır. Dövlətimizin başçısının dediyi kimi, müharibə başa çatıb və bundan sonra sülh olmalıdır. Ancaq Azərbaycan xalqı heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmamalıdır.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

 

Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir

Rusiya teleməkanında erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması, bütün MDB məkanı üçün mühüm siyasi əhəmiyyət kəsb edən bu hadisə şəxsən Prezident cənab İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan erməni faşizmini məğlub etdi. İndi isə biz hamımız səylərimizi ona yönəltməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın. Bu baxımdan Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması da həm Rusiya, həm Azərbaycan, həm də bütün MDB məkanı üçün xüsusi əhəmiyyət kəsb edən siyasi hadisədir.
Əlbəttə ki, bu məsələ Azərbaycan dövlətinin, şəxsən Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Çünki ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən məhz möhtərəm dövlət başçımız olub. Prezident cənab İlham Əliyev əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarında məsələ qaldırıb və beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında qəti mövqeyini ortaya qoyaraq bildirib ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Həmçinin dövlətimizin başçısı MDB Zirvə görüşlərinin birində öz çıxışında cəllad Njde ilə bağlı məsələni qaldırmış və birmənalı olaraq bəyan etmişdi ki, Njdeyə Ermənistanın paytaxtı İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Tarixi faktdır ki, bu adam faşist cəlladı olub. İlk öncə günahsız azərbaycanlıları və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ermənistanda isə onun qəhrəmanlaşdırılması gedir.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

 

 

Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar

Ermənistanın bugünkü hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Əlbəttə ki, Rusiyanın özünün də eynən Azərbaycan kimi faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralarda olmasına rəğmən Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Prezident cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Rusiya faşizmin baş qaldırmasının, İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinin yolverilməz olması xüsusunda bütün səviyyələrdə tamamilə həmrəydilər. İrəvanda faşist Njdenin adını daşıyan küçələrin, meydanların, metro stansiyasının olması, ona böyük abidənin qoyulması onu göstərir ki, erməni faşizmi hələ də yaşayır.
Əlbəttə, onlar İkinci Qarabağ müharibəsində aldıqları ölümcül zərbədən sonra artıq əvvəlki illərdə olduqları qədər fəal deyillər. Lakin Ermənistanda faşizm yenidən baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan yenə də meydan sulamağa çalışırlar. Buna yol verməmək üçün gərək bütün ölkələr və beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Öz müsahibəsində bu məsələ ilə bağlı konkret mövqeyini növbəti dəfə ortaya qoyaraq, Prezident cənab İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, regionda erməni faşizmi yenidən baş qaldırsın. Əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o, yerindəcə məhv ediləcək və bunu hər kəs bilməlidir.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

 

18 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həm Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini təmin edib, həm də ölkəmizdə bütün regionlar inkişaf və tərəqqiyə nail olub. Prezidentin Gəncəyə son səfəri də Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət, görülən işlər nəticəsində ölkəmizin iqtisadi qüdrəti artıb. Məhz bunun nəticəsidir ki, hazırda təkcə işğaldan azad edilmış ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bütün bölgələrin inkişafına hesablanmış hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir.
Son illərdə ölkəmizin bütün regionları sürətlə inkişaf edir, sosial infrastruktur yaradılır, müəssisələr, iş yerləri açılır, yollar çəkilir. Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhəri də son illərdə inkişaf edən regionlar arasında ön sıralardadır. Son illərdə Gəncə şəhəri çox müasirləşib, gözəlləşib, abadlaşıb, yeni binalar tikilib, parklar salınıb. Gəncənin inkişafı üçün böyük işlər görülmüşdür. Həm sənaye müəssisələrinin yaradılması, həm də sosial infrastrukturun yenilənməsi məsələləri öz həllini tapmışdır.

Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru

 

 

Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti həllini tapıb

Gəncə şəhəri Azərbaycan tarixində yarandığı gündən həmişə fərqli şəhər olub. Bu, təkcə şəhərin yerləşdiyi strateji mövqeyə görə, iqtisadi potensialına görə, təbii zənginliyinə görə yox, eyni zamanda gəncəlilərin Azərbaycan tarixində yadelli işğalçılara qarşı yer aldığı mübariz mövqe ilə də səciyyələnir. Artıq regionda lider olan Azərbaycanın ictimai, siyasi, xüsusilə də iqtisadi həyatında Gəncə önəmli rol oynayır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu, bu gün də prezident İlham Əliyev tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasətdə Gəncə və gəncəlilər sıx həmrəydir. Gəncədə son illərdə baş verən sosial-iqtisadi inkişaf da buna əyani misaldır. Dövlətin qayğısı ilə Gəncə Avropa standartlarına uyğun şəhər statusuna malik oldu.
İqtisadiyyat, turizm, sosial təminat, mədəni layihələrin həyata keçirilməsi və ən mühümü – bütün bunların sadəcə mərkəzdə deyil, əyalətlərdə, bölgələrdə səviyyəsi… Bu baxımdan Avropada, dünyada inkişaf etmiş ölkələrin paytaxtlarından əlavə, yeni “paytaxtların” seçilməsi – mədəniyyət paytaxtı, gənclər paytaxtı, əfsanələr, tarix və başqa “paytaxt tipləri”nin yaradılması diqqəti müxtəlif şəhərlərə yönəltmək məqsədi daşıyır. Bu uğurlu, effektiv təcrübədən zamanla digər ölkələr də yararlanırlar.
Çağdaş Azərbaycanın sürətli inkişafını göstərən amillərdən biri də məhz bölgələrə diqqət, əyalətlərin modernləşməsidir. Ölkədə ərazisinə görə ikinci şəhər olan Gəncə bu mənada diqqəti cəlb edir. Son beş ilə nəzər salsaq, Gəncə şəhərinin zahiri görkəminin gözəlləşməsi, abadlaşması ilə bərabər sosial, mədəni, iqtisadi həyatında da xeyli maraqlı, nikbin nəticələrlə qarşılaşarıq. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə veribdir,eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

Dəyanət Mehrəliyev-Zərdab şəhər ümumi orta məktəbin biologiya müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki