image-qanunla-reklam
image-d2b2e124ccf3a2d6ed2dc9b9b732dfce_9001203

Cənab Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı çıxış edib

image-lady-day-az

Cənab Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı çıxış edib

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 18 yanvar 2021-ci il tarixdə Bakı şəhərində Zeynalabdin Tağıyevin şərəfinə ucaldılmış abidənin açlış mərasimi keşirilmişdir. Abidə cənab Prezidentin Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması barədə 11 mart 2020-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən ucaldılmışdır. Milli mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır. Abidənin quraşdırıldığı yer Bakının tarixi ərazilərindən və şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.Açılış mərasimində çıxış ölkə başçımız Hacı Zeynalabdin Tağıyevin böyük xeyriyyəçilik fəaliyyətindən danışmış, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini qeyd etmişdir.Azərbaycan xalqı qarşısında , tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.
H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi.Belə ki, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusi qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər – Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidələr inşa edilmiş və təmir olunmuşdur. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən də  məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə xeyriyyəçilik ənənələri bərpa olmağa başladı. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində məqsədi və vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.Xalq, tarix, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində əbədi yaşadır.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

 

AZƏRBAYCAN XALQI QARŞISINDA, TARİX QARŞISINDA, MİLLƏT QARŞISINDA XİDMƏTİ OLAN HƏR BİR İNSANI AZƏRBAYCAN XALQI ÖZ QƏLBİNDƏ YAŞADIR

Bakının mərkəzində tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir.Abidənin quraşdırıldığı yer Bakının tarixi ərazilərindən və şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir.Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Bütün bunlardan əlavə, Hacı Zeynalabdin Tağıyevin mühüm təşəbbüslərindən biri olan Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etmək lazımdır. Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə edərək Şollar su kəmərininin tikintisini həyata keçirmiş və Bakının içməli su ilə təmin edilməsində böyük işlər görmüşdür. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir və hazırda da Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir.
Hər zaman təhsilə xüsusi önəm verən Hacı Zeynalabdin Tağıyev yüzlərlə azərbaycanlı gəncin təhsil xərclərini öz üzərinə götürərək onları Rusiya və Avropaya təhsil almağa göndərmişdir. Həmin o tələbələrin arasında tanınmış dövlət və elm xadimi Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən olmuş, Tağıyevə məktub yazaraq xahiş etmişdi ki, ona təhsil almaq üçün maddi köməklik göstərsin. Tağıyev təbii ki, onu tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmiş və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur.
Xalq, tarix, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində əbədi yaşadır. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir. Bu gün də müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Ölkəmizdə xeyriyyəçilik missiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə yalnız Azərbaycanda deyil, həmçinin Cənubi Qafqazda ən böyük təsisatdır. Yaradıldığı 20 ilə yaxın müddətdə Heydər Əliyev Fondunun bu illər ərzində əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə daha çox tanınır və bu amil İkinci Qarabağ müharibəsi dövründə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında çox böyük rol oynamışdır. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bir sözlə, Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və  Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.
Ölkəmizdə xeyriyyəçilik ənənələri uğurla davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

KÖNÜL RƏHİMOVA-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

AZƏRBAYCANIN MULTİKULTURAL DÖVLƏT KİMİ, MÜASİR DÖVLƏT KİMİ DÜNYADA TANIDILMASINDA HEYDƏR ƏLİYEV FONDUNUN MÜSTƏSNA XİDMƏTLƏRİ VARDIR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı böyük Azərbaycan mesenatı Hacı Zeynalabidin Tağıyevə abidə ucaldılması məsələsinə dövlət başçısının böyük diqqət,qayğı və həssaslıqla yanaşmasını və qısa zamanda bununla əlaqədar müvafiq Sərəncam imzalamasını yaxşı xatırlayırıq.Yanvar ayının 18-də Prezidentimiz cənab İlham Əliyev tərəfindən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın ən gözəl yerlərindən birində ucaldılmış heykəlinin açılışında iştirak etməklə,onun əzizi xatirəsinə dövlətin göstərdiyi hörmət və ehtiramı bir daha göstərmiş oldu. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin 2019-cu ildə heykəlin hazırlanması üzrə elan etdiyi açıq müsabiqədə layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun əsəri qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.  Ölkə rəhbəri tədbirdə çıxış edərək abidənin Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldıldığını qeyd etdi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. Elə buna görə hələ sağlığında Hacı “el atası” adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdir. H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı idi və təkcə Bakı ilə məhdudlaşmırdı. H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi
Bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir və geniş vüsət almışdır. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond ulu öndər Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində təsis olunmuşdur. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirmişdir. Əldə olunan çoxşaxəli uğurlarımızda Fondun prezidenti, Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın rolu danılmazdır.Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.

XANIM İMANOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

 

Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox məhz xeyriyyəçi kimi qalmışdır

XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. Xeyirxahlıq böyük humanizmdir. Tanrının yaratdığı varlıqlara qarşı olan ən yüksək hissdən yoğrulmuş bu dəyər neçə-neçə insanların həyat yoluna işıq salmış, gələcək üçün gözəl, saf bir əmələ çevrilmişdir. Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün seçilən simalarından biri olmuşdur. Məşhur azərbaycanlı maarifpərvər milyonçu sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi kimi tarixdə adını yazmışdır. Böyük xeyriyyəçilik fəaliyyəti ilə hafizələrdə yaşayan Z.Tağıyevin adı yaddaşlardan silinə bilməz. Çünki şəhərimizin bəzi küçələrində onun inşa etdirdiyi binalar, nəcib əməlləri məhz bu insanın adının yaddaşlarda həkk olunmasında əsas səbəblərdəndir.Əlbəttə ki, xalqımız, dövlətimiz tərəfindən belə insanlara diqqət və qayğı böyükdür.Ölkə başçımız cənab İlham Əliyevin Sərəncamı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda “İçərişəhər” stansiyasının qarşısındakı meydanda abidəsinin ucaldılması onun əməli fəaliyyətinə dövlətimizin diqqətidir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.
H.Z.Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Hacı Zeynalabdin Tağıyev  dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdi. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Maarifin yayılması kimi vacib bir problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş yer tuturdu. Bu sahədə fəal iştirakına görə Hacı Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi, Tiflis müsəlman məktəbinin fəxri nəzarətçisi təsdiq olunmuşdu. H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoymuşdur.

NİCAT ƏHMƏDZADƏ – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

 

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin paytaxtın ən gözəl yerlərindən birində ucaldılmış heykəlinin açılışında iştirak etməklə, onun əziz xatirəsinə dövlətin göstərdiyi hörmət və ehtiramı bir daha nümayiş etdirmiş oldu

2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüş zamanı böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması təklifinə ölkə başçısının böyük diqqət, qayğı və həssaslıqla yanaşmasını və qısa zamanda bununla əlaqədar müvafiq Sərəncam imzalamasını yaxşı xatırlayırıq. Bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır.
Bu il yanvarın 18-də Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin paytaxtın ən gözəl yerlərindən birində ucaldılmış heykəlinin açılışında iştirak etməklə, onun əziz xatirəsinə dövlətin göstərdiyi hörmət və ehtiramı bir daha nümayiş etdirmiş oldu. Ölkə rəhbəri tədbirdə çıxış edərək abidənin Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldıldığını qeyd edib: “Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.
Çıxışı zamanı ölkə rəhbəri xüsusi olaraq vurğuladı ki, Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır: “Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.
Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Bu mövzuya da toxunan cənab Prezident bildirmişdir: “Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.”

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir

Hacı Zeynalabdin Tağıyev Azərbaycanda təhsilə, o cümlədən qızların təhsilinə çox böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü və maliyyəsi ilə 1898-1901-ci illərdə Bakıda ilk qızlar məktəbi tikilib. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən Hacı Zeynalabdin Tağıyev olub. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub.
Hacı Zeynalabdinin xeyriyyəçilik fəaliyyəti Azərbaycanın daxili ilə məhdudlaşmayıb. Balkanlarda döyüşən türk qardaşlara yardım məqsədilə Bakı Xeyriyyə Cəmiyyətinin yerləşdiyi tarixi “İsmailiyə” binasındakı toplantıda Hacı 500 min qızıl pul ianə etmişdi və ondan nümunə götürərək digər imkanlı şəxslər də dəstək kompaniyasına qoşulmuşdular.
1924-cü ilin sentyabrın 1-də dünyasını dəyişən Hacı Zeynalabdin Tağıyev vəsiyyətinə görə Mərdəkanın “Pirhəsən” pirində, böyük din alimi Axund Mirzə Əbu Turabın məzarının ayaq hissəsində dəfn edilib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Hacının dəfn edildiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb.
Ən əsası isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Dövlət başçısının da vurğuladığı kimi, xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Digər yeni təsisatlar da yaranıb. Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Bu gün də xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Qurani-Kərimin ilk tərcüməsində H.Z.Tağıyevin rolu

Sovet təbliğat maşınının “səyi” nəticəsində dinlə əlaqəsi olan hər bir kəs “molla” adının çətiri altına yığılıb, qaragüruh, mövhumatçı damğası almışdı. Halbuki elə din xadimlərimiz olub ki, elmi, təhsili təbliğ etdiklərinə görə, məhz qaragüruhçu mollalar tərəfindən təqib olunublar. Onlardan biri də Quranın Azərbaycan dilinə ilk tərcüməçisi, maarifçi ziyalı Mir Məhəmməd Kərim Ağa Cəfərzadədir.
Mir Məhəmməd Kərim ağa Cəfərzadə Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri onu təqib etməyə başlamışdılar. Bu barədə Ədəbiyyat və İncəsənət Arxivinin işçisi, tədqiqatçı Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” kitabında yazır: “Qurani-Kərimin ilk tərcüməçisi axund Mir Məhəmməd Kərim ağa xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi olub. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir.
O, müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri tərəfindən ona qarşı hücumlar başlamışdı. Mollalar istəmirdilər ki, camaat Qurani-Kərimi dərindən mənimsəsin. Qurandan xəbəri olmayanları aldatmaq, bu müqəddəs kitaba istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi. Mir Məhəmməd Kərim ağa, həmçinin, müqəddəs kitabımızın üçcildlik təfsirini (izahını) hazırlayıb, Quranla birgə məşhur neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə “Kaspi” qəzetinin Bəxariyə mətbəəsində çap etdirmişdi. Onun bu zəhməti müqabilində Hacı Zeynalabdin Tağıyev Mir Məhəmməd ağaya kitabları ağırlığında qızıl da bağışlamışdı”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Humanizm və xeyirxahlıq ünvanı: Heydər Əliyev Fondu

Ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələblərinə cavab verən şəkildə qurmağa, – cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirlər hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələr əldə etməyə çalışır.
Bu gün danılmaz həqiqətdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu xüsusilə dünyada Azərbaycanın təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, habelə, ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması sahəsində gördüyü titanik işlərə, eləcə də milyonlarla insanlara ünvanlanmış xeyriyyəçilik fəaliyyəti ilə insanlığa, bəşəriyyətə xidmət edir, müdrik şəxsiyyət Heydər Əliyev ideyalarının əbədi yaşamasına töhfələr verir. Görülən işlər, həyata keçirilən layihələr, real nəticələr isə bir daha belə deməyə əsas verir ki, Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir.
Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin, səhiyyəsinin inkişafı insan hüquqlarının qorunması və bir çox bu kimi mühüm sahələrdə həyata keçirdiyi proqramlar məhz Azərbaycan xalqının inkişafına, sağlam yaşayış tərzinə, elminə, mədəniyyətinə böyük töhfə, əvəzsiz qayğıdır. Yeri gəlmişkən qeyd edək ki, bu kimi vacib məsələlərin layiqincə həyata keçirilməsi həm də ümummilli lider Heydər Əliyevin başladığı ideyaların davamıdır və bu ideyalar onun adını daşıyan Fondun prezidenti Mehriban xanım tərəfindən uğurla yerinə yetirilir. Mehriban xanımın gördüyü bu işlər həmçinin ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı istiqamətində reallaşdırdığı layihələrə çox ciddi bir təkandır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir

Tarixən bütün dünyada Azərbaycan böyük şəxsiyyətləri, xeyirxah oğulları, ölməz qəhrəmanları ilə tanınmışdır. Bu dahi ölməz şəxsiyyətlərdən biri də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdir. Onun böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa bağlılığında və vətənpərvərliyində idi. O, öz varlığı və duyğuları ilə yanaşı sözün əsl mənasında əsl azərbaycanlı idi. Onun həyat və fəaliyyəti vətənə təmənnasız xidmətə ən yaxşı nümunədir. Milyonlar, aşıb-daşan sərvət, şan-şöhrət Hacının qəlbində vətən sevgisini daha da möhkəmləndirmişdir.
O, həyatının mənasını ətrafındakı kasıb insanlara əl tutmaqda, var-dövlətinin müəyyən hissəsini xalqının inkişafına, maariflənməsinə sərf etməkdə, gözəl binalar tikdirməkdə görürdü. Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmişdir. O, Mərdəkanda 50 şagirdlik məktəb tikdirmiş, Bakıda qız məktəbinin açılmasına 5 milyon qızıl pul sərmayə qoymuş, ilk teatr tikdirmişdir. Savab əməllərindən biri də şəxsi vəsaiti hesabına Bakıya Şollar su kəmərini çəkdirməsi olmuşdur. Bu kəmər indi də paytaxtımızın içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Onun əsl memarlıq nümünəsi olan şəxsi mülkündə isə hal-hazırda Azərbaycan Tarix Muzeyi yerləşir. Yaxşılıq itmir, deyiblər. İndi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar həmişə onu minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın digər rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir.
Belə xeyriyyəçi insanlardan biri də Ulu öndər Heydər Əliyev və onun davamçısı İlham Əliyevdir.2020-ci ildə Prezident İlham Əliyevin Tağıyevin abidəsinin ucaldılması barədə müvafiq sərəncam imzalamışdır. Abidə şəhər sakinlərinin ən sevimli yerlərindən biri tarixi qala divarının önündə ucaldılmışdır .Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Bu sahədə ən böyük işlərdən birini Heydər Əliyev Fondu görür. Ənənəvi işlərlə yanaşı fond bu gün işğaldan azad olunmuş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Quruculuq və bərpa işləri geniş vüsət almaqdadır.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb-liseyn direktoru

 

 

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir

Bu gün də müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Ölkəmizdə xeyriyyəçilik missiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə yalnız Azərbaycanda deyil, həmçinin Cənubi Qafqazda ən böyük təsisatdır. Yaradıldığı 20 ilə yaxın müddətdə Heydər Əliyev Fondunun bu illər ərzində əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil ölkəmizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bir sözlə, Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və  Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır.
Vətən müharibəsindən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

 

Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır

Hər kəs bilir ki Hacı Zeynalabdin Tağıyev çox kasıb ailədə böyümüş və sərvətini öz zəhməti hesabına qazanaraq çox zəngin adam olmuşdur. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Bir sözlə, Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmiş, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmamış, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır. Bütün bunlardan əlavə, Hacı Zeynalabdin Tağıyevin mühüm təşəbbüslərindən biri olan Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etmək lazımdır. Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə edərək Şollar su kəmərininin tikintisini həyata keçirmiş və Bakının içməli su ilə təmin edilməsində böyük işlər görmüşdür. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir və hazırda da Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir.
Hər zaman təhsilə xüsusi önəm verən Hacı Zeynalabdin Tağıyev yüzlərlə azərbaycanlı gəncin təhsil xərclərini öz üzərinə götürərək onları Rusiya və Avropaya təhsil almağa göndərmişdir. Həmin o tələbələrin arasında tanınmış dövlət və elm xadimi Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən olmuş, Tağıyevə məktub yazaraq xahiş etmişdi ki, ona təhsil almaq üçün maddi köməklik göstərsin. Tağıyev təbii ki, onu tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmiş və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Bütün bunlardan əlavə, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidələr inşa edilmiş və təmir olunmuşdur. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən də  məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Xalq, tarix, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində əbədi yaşadır.

Elvin Məmmədov – Şıxbağı kənd tam orta məktəbin müəllimi

 

 

Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir

Bakının mərkəzində tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir. “Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2020-ci ildə müvafiq Sərəncam imzalayıb. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmiş və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlib.  Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib. Abidənin quraşdırıldığı yer Bakının tarixi ərazilərdən və şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.
Hələ 2000-ci illərin əvvəllərində Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. Ziyarətgah bir neçə həyətdən ibarətdir. Ziyarətçiləri səliqəsi, hovuzları, ağacları ilə diqqəti cəlb edən bağda ilk “qarşılayan” səxavəti, yardımsevərliyi ilə yaddaşlarda qalan Hacı Zeynalabdin Tağıyevin büstüdür. Elə Azərbaycanın bu xeyirxah övladının qəbri də Pir Həsən ziyarətgahının ərazisindədir. 2003-cü ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir.

Şəhla Eminova –əməkdar müəllim

 

Qanunla.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki