image-qanunla-reklam
image-26

Bütün Azərbaycan xalqı öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına inanır, onu dəstəkləyir

image-lady-day-az

Bütün Azərbaycan xalqı öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına inanır, onu dəstəkləyir.

44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi dünyaya daha yaxından tanıtdı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq və qürur mənbəyimiz olacaqdır.
Rəşadətli ordumuzun Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək doğma torpaqlarımızı düşməndən azad etdiyi Vətən müharibəsinin başlanmasından bir il ötür. Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında da aparılmışdır. İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə siyasi-diplomatik və informativ təxribatlara əl ataraq uzun illər beynəlxalq ictimaiyyətə həqiqətə uymayan məlumatlar yaymaqla məşğul olmuş və yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışmışdır.
Müharibə dövründə və sonrakı vaxtlardada erməni vandalizmini, onların işğalçılıq siyasətini böyük uğurla dünya ictimaiyyətinə çatdıran Xalqımızın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əhəmiyyətli müsahibələrdən biri də İtaliyanın “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsidir. Çıxışında müharibədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri məsələsinə xüsusi diqqət çəkən dövlət başçısı İtaliyanın bu işdə Azərbaycanla sıx əməkdaşlığından bəhs etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.
Müsahibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əlievin ifadə etdiyi sözlər yaddaşlarda əbədi qalacaq: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”.
Bütün Azərbaycan xalqı öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına inanır, onu dəstəkləyir.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir.

İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. İşğaldan azad edilən torpaqların iqtisadiyyata qazandırılmasının uğurlu təcrübələri vardır. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulması, yaşayış evlərinin,nəqliyyat infrastrukturunun tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, eləcə də Naxçıvan Muxtar Respublikasında on min hektaradək ərazinin düşməndən təmizlənməsi tarixi torpaqlarımızda yeni həyatın başlanğıcı oldu.
Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizmiinkişaf etdirilməli, mədəniyyət turizm marşrutları bərpa olunmalıdır. Erməni vandalizminə məruz qalan ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb etsə də, əminəm ki, qısa zamanda orada əhatəli layihələr reallaşadırlacaq.
Yaxın vaxtlarda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” adlı iki su elektrik stansiyasının inşa edilməsi planlaşdırılıb və bununla işğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatına imkanyaranacaq. Yerli enerji tələbatının ödənilməsi və ölkənin enerji ixrac potensialının artması baxımından hər iki stansiyanın əhəmiyyətli yeri olacaq.
Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan-İtaliya münasibətləri inkişaf edəcək

Azərbaycan-İtaliya münasibətləri tarixi köklərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir və iki ölkə arasındakı dostluq əlaqələrinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutduğunu bildirib: “2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb. Bu müddət ərzində ixracın 38,2 faizi İtaliyaya reallaşdırılıb. Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.”
İtaliyanın Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədyini, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və dövlətinin haqq işinə dəstək verir. “Təsadüfi deyil ki, postmüharibə dövründə ölkəmizə yüksək səviyyəli nümayəndə heyəti ilə səfər edən dost, qardaş ölkələrin ön sıralarında İtaliya da yer alır. Müharibə başa çatdıqdan qısa bir müddət sonra İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə və Ermənistanın raket atəşinə tutduğu Gəncə şəhərinə gedərək, gördükləri dəhşətli mənzərə ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər.
Bu səfərdən bir neçə gün sonra İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun ölkəmizə səfər edərək İtaliyanın mövqeyinin Azərbaycan torpaqlıarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT qətnamələrinə söykəndiyini bir daha dilə gətirdilər.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

İtaliya işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir

İtaliya işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir: “Cənab Prezident öz müsahibəsində bunun təsadüfi olmadığını bildirdi və qeyd etdi ki, Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Dövlətimizin başçısının vurğuladığı kimi artıq bir neçə italyan şirkəti müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
Azərbaycan-İtaliya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək: “Qarabağda həyata keçirilən quruculuq-abadlıq işləri, gerçəkləşdirilən və reallaşması nəzərdə tutulan çoxsaylı layihələr Azərbaycan-İtaliya münasibətlərində yeni və əlaqələri daha dinamik şəkildə inkişaf etdirəcək mərhələnin başlanması deməkdir”.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

PREZİDENT İLHAM ƏLİYEV: “MƏN AZƏRBAYCANI, ONUN SUVERENLİYİNİ, MÜSTƏQİLLİYİNİ, SEÇİMİNİ ÖMRÜMÜN SONUNA QƏDƏR MÜDAFİƏ EDƏCƏYƏM”

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü xalqımız üçün çox əlamətdar vaxtda, tamamilə yeni bir tarixi şəraitdə qeyd olunur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində parlaq qələbə qazanaraq, torpaqlarımızın işğalına son qoyması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması bizə müstəqillik dövründə ilk dəfə bu günü böyük qürur və fərəh hissi ilə qarşılamaq səadəti nəsib edib.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bu günlərdə Milli Məclisin qəbul etdiyi “Müstəqillik Günü haqqında” Qanunda qeyd edildiyi kimi, “Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.
Tarixi ədalət naminə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə məhz onun bənzərsiz fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmiz yeni nəsil müasir və sivil dövlət modelini dünyaya təqdim edir. İndi Azərbaycan beynəlxalq səviyyədə gedən proseslərdə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir, beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmiş Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ən nüfuzlu mövqelərdən birinə sahibdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət proqramları əhalinin yüksək sosial rifahını, hüquq və azadlıqlarını təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə dövlət müstəqilliyinin ölkəmiz üçün ən böyük dəyər olduğunu bildirərək müzəffər sərkərdə kimi siyasi iradəsini bir daha nümayiş etdirmişdir. Dövlətimizin başçısı Azərbaycanı mümkün təhlükələrdən qoruyacağını bir daha bəyan edərək demişdir: “Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq…Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik… Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm!”
Müstəqil siyasət, qətiyyətli siyasi iradə – Azərbaycanın dövlətçilik ənənələrinin əbədiyaşarlığını təmin edəcək ən mühüm amillərdir. Düzgün siyasət və xalqımızın qalibiyyət ruhu müstəqil dövlətçiliyimizin davamlı inkişafı üçün sarsılmaz zəmindir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

İTALİYA BƏRPA-QURUCULUQ İŞLƏRİNƏ CƏLB EDİLƏN İLK ÖLKƏLƏRDƏNDİR.

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə vermişdir. Müsahibə zamanı Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və bu istiqamətdə İtaliya şirkətləri il birgə əməkdaşlıq, Azərbaycanın xarici siyasətinin prioritetləri kimi mühüm mövzulara toxunulmuşdur.
Azərbaycan-İtaliya münasibətləri tarixi köklərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir və iki ölkə arasındakı dostluq əlaqələrinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
İtaliya Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və dövlətinin haqq işinə dəstək verib. Təsadüfi deyil ki, postmüharibə dövründə ölkəmizə yüksək səviyyəli nümayəndə heyəti ilə səfər edən dost, qardaş ölkələrin ön sıralarında İtaliya da yer alır. Müharibə başa çatdıqdan qısa bir müddət sonra İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə və Ermənistanın raket atəşinə tutduğu Gəncə şəhərinə gedərək, gördükləri dəhşətli mənzərə ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər. Bu səfərdən bir neçə gün sonra İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun ölkəmizə səfər edərək İtaliyanın mövqeyinin Azərbaycan torpaqlıarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT qətnamələrinə söykəndiyini bir daha dilə gətirdilər. Daha sonra İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə və Ağdama səfər etmiş və Azərbaycanın haqq işini dəstəkləyən bəyanatlar vermişlər.
İtaliya işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir: “Cənab Prezident öz müsahibəsində bunun təsadüfi olmadığını bildirdi və qeyd etdi ki, Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Dövlətimizin başçısının vurğuladığı kimi artıq bir neçə italyan şirkəti müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.
Azərbaycan-İtaliya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək: Qarabağda həyata keçirilən quruculuq-abadlıq işləri, gerçəkləşdirilən və reallaşması nəzərdə tutulan çoxsaylı layihələr Azərbaycan-İtaliya münasibətlərində yeni və əlaqələri daha dinamik şəkildə inkişaf etdirəcək mərhələnin başlanması deməkdir.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

POSTMÜHARİBƏ DÖVRÜ VƏ YENİ REALLIQLAR

Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin çoxkonfiqurasiyalı olduğunu təsdiqləyir. Belə qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda da Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir”.
Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir: “Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir.
Eqoist maraqları heç zaman yaxına buraxmayan Azərbaycan malik olduğu iqtisadi və kommunikasiya potensialını region xalqları ilə bölüşməsi ilə seçilir və buna çoxsaylı nümunələr də göstərmək olar: Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır: ölkəmizin milli və geosiyasi maraqlarına hörmət edilməlidir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu və yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir. Hazırkı dövrdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ikitərəfli əlaqələrin dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, eləcə də, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından münasibətlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İstisna deyil ki, işğal altındakı ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpasından sonra artıq ölkəmizlə işbirliyi üçün yeni imkanlar yaranıb. Nəticə etibarilə, aydındır ki, bölgədə iqtisadi formatların yaradılması bir növ iqtisadi asılılıq, bunun fonunda da gələcəkdə region ölkələrinin sülh şəraitində yaşamasını təmin edəcək.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz

44 günlük vətən müharibəsi onu göstərdi ki Azərbaycan həm hərbi sahədə həm də siyasi sahədə dünyanın lider dövlətlərindən heçdə geridə qalmır. Hətta onu da demək olar ki ordumuzun uğurlu hərbi taktikaları dünyanın bir çox ölkələri tərəfindən heyrətlə qarşılanmışdır. 30 illik həsrətə son qoyduğumuz vətən müharibəsi onu göstərdi ki türkün türkdən başqa dostu yoxdur. 2-ci qarabağ savaşında ermənilərin dinc əhaliyə qarşı etdikləri vəhşiklər onların barbarlığına əyani sübutdur. Müstəqilliyimizi, suverenleyimiz, inkişafımızı gözü götürməyən bəzi ölkələr böhtanlar ataraq Azərbaycanı digər dövlətlərdən kömək almaqda günahlandırmaq və müharibəni dayndırmağımız üçün təhdidlər edirdilər. Bəzi beynəlxalq güclər tərəfindən hələ də Dağlıq Qarabağ münaqişəsi, ifadəsinin işlədilməsi də Ermənistana göstərilən dəstəkdir.
Artıq Qarabağ münaqişəsi tarixə qovuşmasına baxmayaraq dünyanın ikili standartlar siyasəti daim təhlil olunur, hazırda “fəallaşmaq” istəyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu gedişlərinin arxasında hansı maraqların dayandığı məlum məsələdir. Cənab Prezidentin müsahibərində söylədiyi kimi “Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai birliyinin sədri

 

Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri

Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulub. Həmin tarixdən sonra Azərbaycanın xarici siyasətində bu təşkilatla çoxşaxəli əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Belə ki, 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” Sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından kifayət qədər əhəmiyyətlidir.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarından birinə çevrilib. Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Şübhəsiz ki, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlığın uğurla davam etdirilməsinin göstəricisi kimi, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olmasıdır. Qərblə enerji sahəsində strateji tərəfdaşlığı, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də nəqliyyat və bağlılıq layihələri, Azərbaycanın bu sahədə böyük potensialı, sərmayə yatırımı əsas əlaqələrdəndir. Azərbaycan- Avropa İttifaqı münasibətlərinin hüquqi əsasını təşkil edəcək, qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişlər bağlanmışıdır.

Səlim Zeynalov- Dəkkəoba kənd tam orta məktəbin direktoru

 

Azərbaycan İran hökumətini ittiham etmək mövqeyində deyildi

İran hökuməti son həftələr ərzində Azərbaycana qarşı açıq böhtan və təhdidlərlə danışaraq özünü gülnc vəziyyətə salmışdır. Lakin son günlərdi ki, İran ritorikanı bir qədər dəyişib. İran XİN rəhbəri Moskvaya səfərindən sonra Azərbaycana qarşı sərt ritorika ilə yanaşı, yumşaq leksikondan da istifadə etməyə başlayıb: “Bu, sərt, heç bir əsası olmayan ritorikanın dayandırılması demək deyil, lakin ittihamlara paralel olaraq, ”qonşuluq”, “dostluq” mesajları da səsləndirdilər.
Azərbaycanın öz suverenliyinə yönəlik təhdidlər qarşısında geri çəkilməyəcəyi Prezident cənab İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərdən açıq görünür. Cənab Prezident bildirib ki, İran tərəfinin absurd iddiaları yalnız bəhanədir: “Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada – Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”.

Dayangül Vəliyeva – İsaqbağı kənd tam orta məktəbin direktoru

 

İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir

Prezident cənab İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bir daha postmüharibə dövrüvə yeni reallıqları beynəlxalq ictimaiyyətə bəyan etdi. İlk növbədə, müharibənin başa çatmasından ötən qısa müddətdə Qarabağda aparılan bərpa-quruculuq işlərinə start verilməsindən söhbət açılır. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Azərbaycan bərpa prosesini öz resursları hesabına aparır. Qeyd edildi ki, azad edilmişərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir. Burada reallaşan infrastruktur layihələri sərmayədarlar üçün olduqca cəlbedicidir. Bu ərazilərdə avtomobil və dəmir yolları inşa edilir.
Belə ki, Füzuli rayonunda inşa olunan yeni beynəlxalq hava limanı artıq ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edirilir. Keçmişməcburi köçkünlərin ən qısa zamanda geri qayıtması üçün yaşayışbinalarının layihələri hazırlanıb, şəhərlərin başplanları təsdiq edilib. Quruculuq işlərində xarici şirkətlərin iştirakına gəlincə, İtaliya da bu prosesə cəlb edilən ilk ölkələrdəndir., Azərbaycan bu prosesdə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Təsadüfi deyil ki, İtaliya şirkətləri müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Eyni zamanda, enerji təminatı, aqrar sahənin inkişafında da İtaliya təcrübəsindən istifadə olunacaq.
Məlumdur ki, İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başlayıb. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və bundan da artıq həcmdə qazla təmin edəcək. Ümumiyyətlə, regionun ən nəhəng enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin uğurlu icrası Azərbaycanın mövqeyini gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmişkommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilib.

Alim Qasımov – Çallı kənd tam orta məktəbin müəllimi

 

Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib

İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. İşğaldan azad edilən torpaqların iqtisadiyyata qazandırılmasının uğurlu təcrübələri vardır. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizmi inkişaf etdirilməli, mədəniyyət turizm marşrutları bərpa olunmalıdır.
Erməni vandalizminə məruz qalan ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb etsə də, qısa zamanda orada əhatəli layihələr reallaşadırlacaq. Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək.
Bərpa prosesində innovativ texnologiyaların tətbiqi diqqət mərkəzində olaraq işğaldan azad edilən ərazilərimizdə qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilərək iqtisadiyyatımızın yeni başlanğıcı yaradılacaq.

Urfan Əhmədov – Ağdaş Regional Mədəniyyət İdarəsinin nümayəndəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki