image-qanunla-reklam
image-1663572525-manat_hgsdkupul-e1481778745285

Bu universitetdə müəllimlərin əməkhaqqı 50 faiz artırıldı

image-lady-day-az

UNEC-də saathesabı dərs deyən müəllimlərin əməkhaqqı 50 faiz artırılıb.

Bu barədə Qanunla.az-a Universitetdən məlumat verilib.

Bildirilib ki, UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb.

UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki