image-qanunla-reklam
image-prez

Bu gün Cəbrayıllılar doğma torpaqlarının işğaldan azad olunduğu günü qürurla qeyd edirlər

image-lady-day-az

Bu gün Cəbrayıllılar doğma torpaqlarının işğaldan azad olunduğu günü qürurla qeyd edirlər

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazandığımız tarixi Qələbə həm də onu sübut etdi ki, 27 il ərzində kağız üzərində qalmış qətnamələri şanlı Azərbaycan Ordusu 44 günə icra etməyi bacardı. Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdi. Əvəzinə, təcavüzkarın tamahı daha da böyüdü. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Düşmənlə yanaşı, bütün dünyaya bir daha bəyan etdik ki, Azərbaycan güclü dövlətdir və düşməni istənilən an məhv etməyə qadir olan güclü ordusu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 4-də, doğma Cəbrayılın düşməndən azad edildiyi gün yenidən o rayona səfər etməsi də xalqımız və cəbrayıllılar üçün tarixi gün kimi yaddaşlara yazıldı. Cəbrayılda bir çox açılış və təməlqoyma mərasimlərində iştirak edən, rayon ictimaiyyəti ilə görüşən ölkə Prezidenti bir daha onu sübut etdi ki, Cəbrayılın işğaldan azad olunduğu gündən bir il arxada qalsa da, həmin gün əlamətdar hadisə kimi bu gün də qürurla qeyd edilir. İllərdir düşmən tapdağında qalan torpaqlarda həyat yenidən başlayır. Cəbrayıllılar doğma torpaqlarına qayıdacaq və rayonun əvvəlki şöhrəti yenidən bərpa olunacaq. Cəbrayıllılar həmin günü səbirsizliklə gözləyir. Ali Baş Komandanın Cəbrayıla olan son səfəri də bunu bir daha sübut etdi ki, o gün elə də uzaqda deyil.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

“BÖYÜK QAYIDIŞ” CƏBRAYILDAN BAŞLAMIŞDIR

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü düşmənə və onu himayə edənlərə, Azərbaycan dövlətinin gücünü isə bütün dünyaya nümayiş etdirmiş oldu. Bütün bunlarla, yanaşı hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə start verilməsi də Azərbaycan dövlətinin gücündən, güclü iqtisadiyyata malik olmasından xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng bərpa-quruculuq işləri deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur ölkəmizin, eyni zamanda regionun ən inkişaf etmiş bölgəsinə çeviriləcəkdir. Nəzərə alsaq ki, işğalda olmuş hər bir qarış ərazi ermənilər tərəfindən yerlə yeksan edilib və bu ərazilərdə infrastrurktur tamamilə yenidən qurulur. 30 il boyunca erməni vandalizmi sərhəd tanımayıb və Azərbaycana qarşı böyük mənəvi zərərlə yanaşı, külli miqdarda maddi ziyan da törədib.
İşğaldan ilk azad edilən ərzilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb. 4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan azad edilməsi ilə bu qədim Azərbaycan torpağına yeni həyat bəxş edilmiş oldu. Cəbrayılın işğaldan azad edilməsinin bir ili tamam olan gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu regiona səfər etməsi isə rayonun tarixində mühüm hadisə oldu. Cənab Prezident Cəbrayıl rayonundan olan ictimaiyyət nümayəndələri ilə görüşündə söylədiyi “Cəbrayıla xoş gəlmisiniz” sözləri əlavə bir müjdə kimi qiymətlənmdirilməlidir. Çünki artıq bu rayondan olan insanlar öz doğma yurd-yuvalarına qayıdaraq  xoş günlər yaşayacaqlar.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, burada fəaliyyət göstərəcək ilkin investorların müəyyən edilməsi, rayona 4-6 zolaqlı yolun çəkilməsi, Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, eyni zamanda rayonun baş planının təqdim olunması əminliklə deməyə əsas verir ki, qısa müddət ərzində Cəbrayıl rayonu ölkəmizin inkişaf etmiş, yaşamaq və işləmək üçün bütün imkanların yaradılacağı rayonlardan biri olacaqdır.
Cəbrayıl rayonuna qayıdış hələ 5 il bundan öncə Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.
Cəbrayıl rayonuna səfəri zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində əldə olunan parlaq Zəfərin xalq-iqtidar-ordu həmrəyliyi nəticəsində mümkün olduğunu qeyd edərək, Azərbaycanın tarixi ədaləti bərpa etdiyinə diqqət çəkdi. Cənab Prezident, eyni zamanda Ermənistana və Azərbaycanın qələbəsini həzm etməkdə çətinlik çəkən bütün qüvvələrə qarşı qətiyyətli şəkildə xəbərdarlıq etdi ki, münaqişə bitib, Azərbaycan sülh və təhlükəsizlik naminə müxtəlif əməkdaşlıq platformaları təklif edib və bu platformalar çərçivəsində Ermənistan da daxil bütün qonşu ölkələrlə əməkdaşlıqda maraqlıdır. Azərbaycan xalqı və dövlətinin milli maraqlarını hər zaman əsas tutan Prezident İlham Əliyev qonşu ölkələrə, xüsusilə də İrana mesaj verdi ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Heç bir ölkə Azərbaycanın suveren hüquqlarını poza bilməz və əsla bu fikrə düşməsin.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfərlə regionda yeni reallıqlar yaradıb və bu reallıqları hər kəs qəbul etməlidir. Artıq vəziyyət heç bir halda müharibədən əvvəlki halına qayıtmayacaq və qayıda da bilməz. Odur ki, regionun təhlükəsizliyi üçün region ölkələri gələcəyə baxmalı və bu əsasda münasibətlər qurmalıdırlar. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini qeyd edən Prezident İlham Əliyev onu da bildirdi ki, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ,  yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bu sözlər hər bir vətəndaşda böyük sevinc və qürur hissləri yaradır, Azərbaycan dövlətinin gücünü bir daha təsəvvür etmək imkanı yaradır. Azərbaycanın artan gücündən isə erməni lobbisi və anti-Azərbaycan dairələr kəskin narahatlıq keçirməkdədirlər. Məhz bunun üçün də ölkəmizə, dövlətimizə qarşı yeni təxribatlar aparılır. Azərbaycan xalqı Vətən müharibəsi günlərində olduğu kimi, bundan sonra da öz birliyini, həmrəyliyini nümayiş etdirəcək, istənilən təxribat cəhdlərinə qarşı barışmaz mövqe sərgiləyəcək və Dəmir Yumruğun hər zaman yerində olduğunu göstərəcəkdir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir

2020-ci il sentyabr ayının 27-də erməni təxribatlarının qarşısını birdəfəlik almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hərbi əməliyyatlara başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz cəmi 44 gün ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan təkbaşına təmin etdi. Vətən müharibəsinin gedişində Şanlı Ordumuz bir çox şərəfli qələbələrə imza atdı. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısı müraciətində bildirib ki, Ermənistan bu dəfə etdiyi təxribatın əvəzində Azərbaycan tərəfindən ağlına gəlməyən dərs aldı; “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bəli, bu gün cəbrayıllılar, bütün xalqımız sevinc içindədirlər. Bu sevinci xalqımızı göz yaşları ilə qeyd edir. Dövlət başçımızın dediyi kimi: “Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”.
Güclü Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında məğlub olan Ermənistan Azərbaycanın dinc əhalisini raket atəşinə tutmaqla terrorçu bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Ermənistan ordusu qaçırdı. Paşinyan rejimi isə məğlubuiyyətlə barışmayaraq, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu. Bununla da beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozurdu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və ordumuzun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildi, torpaq bütövlüyümüz təmin olundu.
Oktyabrın 4-də Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı Ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycana qarşı olan bütün erməni iddialarına birdəfəlik son qoyulmalıdır. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Onlar artıq mifologiyadan, böyük Ermənistan xülyasından əl çəkməlidirlər. “Dənizdən-dənizə qədər” adlandırdıqları mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Onlar həmçinin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Biz gənclər Vətən müharibəsində olduğu kimi xalqımızı, xeyirli gələcəyimizi daim düşünən Ali Baş Komandanımızın ətrafında həmişə sıx birləşərək hər bir əmrinə həmişə hazır olacağıq. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır.

Nicat Əhmədzadə-Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

Müqəddəs an-Zəfər günü

Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Rəşadətli Ordumuzun  “dəmir  yumruq”  zərbəsi  ilə 44 günlük  savaşın  sonunda  diz çökən düşmən məğlubiyyət acısını dadaraq  tarixin qaranlıq  küncünə  sürükləndi. Ali  Baş  Komandanın əmri ilə Müzəffər Azərbaycan ordusunun əks hücum əməliyyatı Zəfər marşına çevrilərək  tarixin qızıl səhifəsini  bəzədi. Əzəli torpaqlarımız yağılardan təmizlənərək ərazi bütövlüyümüz tam bərpa olundu. Əzmini, iradəsini döyüş meydanına daşıyan xalqın hər bir vətəndaşı müsəlləh əsgər olaraq Vətənin qürur günündə pay sahibinə çevrildi.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit heyyətinin formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır.
Tarixi Zəfər çalmaqla Qalib xalq kimi dünya hərb tarixində parlaq səhifə açan Azərbaycan zəngin dövlətçilik və hərb tarixini özünün ilham mənbəyinə çevrilməklə qəhrəmanlıq dastanını yazdı.
Qürur və fəxarət hisslərini yaşadığımız qələbə müjdəsi Vətən müharibəsinin son akkordlarına çevrildi. Özünü  qalib kimi dünyaya təqdim  etməyi haqq edən Azərbaycan Zəfərini bayram paradı ilə qarşıladı.
Qalib dövlətin Ali Baş  Komandanı Zəfər paradının sevincini və qürurunu Müzəffər xalqı ilə bölüşürdü: “Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda  qaldırılan Azərbaycan  bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi  bizik, Azərbaycan xalqıdır. Biz bu gündən sonra ancaq  və ancaq irəli gedəcəyik”.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

30 ildir ki, erməni vandalları şəhərlərimizi dağıdır, tarixi abidələrimizi məhv edərək keçmişimizi, yaddaşımızı silməyə çalışıblar. Bir çox tarixi mənbələrə görə Azərbaycanın ermənilərdən əvvəl bu torpaqlarda olduğu, hətta onların bu torpaqlara köçürüldüyünün sübutları var. Amma onlar vandal hərəkərlərinə davam edərək tarixi belə yalanlayırlar. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, incəsənətimizi özününküləşdirməyə cəhd edirlər. Guya qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışıblar. Məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi abidələrini, məscidləri, qəbristanlıqları vəhşicəsinə dağıdıblar. Cənab Prezident İlham Əliyev Cəbrayıl rayonunun ictimaiyyəti ilə görüşdə dediyi kimi azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur.
Edilmiş bu vəhşiliklər İkinci Qarabağ müharibəsində deyil, 30 il ərzində edilmişdir. Bunlar illər öncə dünya tərəfindən görülsə də, qəbul edilməmiş və heç bir münasibət bildirilməmişdir. Erməni havadarları bu hadisələr olmamış kimi davranmış, edilmiş təcavüzləri, edilmiş vandallıqları və edilmiş vəhşilikləri gözardı etmişdilər.
Əsrlər boyu xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, abidələrimiz ermənilər tərəfindən dağıdıldı və talan edildi. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərini başladılıb. Tezliklə bütün dünya Şuşanın, Qubadlının və digər məkanların yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər.

Vəfa Xəlilli-“Gəncliyə Dəstək” İB-nin sədri

 

Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə
güc rəmzi deyil, bu, birlik rəmzidir

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində Dəmir Ymruq əməliyyatı nəticəsində işğalçı Ermənistan üzərində qazandığı şanlı Qələbəmizin sevincini yaşayırıq. Qırx dörd günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə və erməni faşizminə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi.
Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin, cəmiyyətimizin möhkəmliyinin parlaq təzahürüdür. Qələbə münasibətilə 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Möhtəşəm parad düşmən üzərində tarixi Zəfər qazanan Azərbaycanın hərbi gücünü bir daha bütün dünyaya göstərdi.

Aqil Xəlilov –Vətən müharibəsi iştirakçısı

 

 

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Hərbi əməliyyatların bitməsindən sonra Prezident cənab İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Növbəti belə səfər oktyabrın 4-də baş tutub, ölkə başçısı Cəbrayıl rayonunda olub. Düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi. Ölkə başçısının dediyi kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır.
Dövlətimizin başçısı oktyabrın 4-də Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoyub, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis  mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. Fərmanda bildirilir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımalarının həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir.

Əlheydər Abbasov -Qoruqbağı kənd tam orta məktəbin direktoru

 

Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər

İşğala son qoyulduqdan sonra Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı mühüm işlər görülüb. Oktyabrın 4-də Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Həmin gün Cəbrayılda Zəfər və İşğal muzeylərinin təməli qoyuldu. Göründüyü kimi, dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri gündən-günə sürətlənir.
Prezident cənab İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha vurğulayıb ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır: “Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, ordumuzun arxasında durdu və ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq.

Rasim Hüseynov -Rayon Ağsaqqallar Şurasının sədri

 

Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq

Vətən müharibəsi Azərbaycanın tarixində ən şərəfli səhifələr kimi əbədi olaraq qalacaq. Çünki məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə Müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixinə ən şərəfli günlər olaraq əbədi həkk olmuş tarixlər var. Belə günlərdən biri oktyabrın 4-ü tarixidir. 2020-ci il oktyabr ayının 4-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Tarixdə ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edildi.
Cəbrayıl şəhərinin azad edilməsi Ordumuzun Zəfər yürüşündə atdığı ilk addım oldu. 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışında da Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də qazanılmış Qələbənin, Cəbrayılın işğaldan azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Oktyabrın 4-ü Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü.

Gülmayə Bədəlova -Dəli Quşçu kənd tam orta məktəbin direktoru

 

Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi

Cəbrayılın azad edilməsi uğrunda Azərbaycan Ordusunun ilk qələbələrini hələ 5 il bundan əvvəl qazandığını vurğulayan deputat deyib: “Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Rayonun işğaldan azad olunması uğrunda döyüşlər isə faktiki olaraq artıq beş il bundan əvvəl başlamışdı. Möhtəşəm 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbə idi. Əlbəttə, ermənilər hər zaman olduğu kimi, o vaxt da Aprel döyüşləri barədə dünyaya yalan məlumatlar yayırdılar. Məsələn, bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və hətta döyüşlərdə özlərini qalib kimi təqdim edirdilər. Lakin həqiqət bu idi ki, Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı Qələbəsi kimi qeyd edilir və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi”.
Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi, erməni təbliğatının illər boyunca dünyanı həqiqiliyinə inandırmaq istədiyi miflərin cəfəngiyat olduğunu sübuta yetirdi. Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi.

Sədiyar Xəlilov-Dəli Quşçu kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki