image-qanunla-reklam
image-1660306105_1660306129427

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

image-lady-day-az

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində son günlərdə Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər barədə də danışdı və Ermənistana mühüm mesajlar verdi. Ölkə başçısı bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq. Hazırda işğaldan azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək olacaq. Çünki azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var.

Ölkə başçısı bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Cənab Prezident müsahibəsində onu da vurğuladı ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdırlar. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

 

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki