image-qanunla-reklam
image-prezident-bayraq

Bayrağımız şərəfimiz və qürurumuzdur

image-lady-day-az

Bayrağımız şərəfimiz və qürurumuzdur.

Hər bir аzərbаycаnlı bаbаlаrımızın qurduğu аzаd və müstəqil dövlətlə, оnun rəmzləri ilə fəхr еdir , bаşı üstə dаlğаlаnаn üçrəngli bаyrаqdа vətənin gücünü, qüdrətini görür. Üçrəngli bаyrаq bizim mənəvi sərvətimiz, inаnc yеrimizdir.
Bаyrаğımız tаriхin кеşməкеşli yоllаrındаn кеçib, illərin sınаğındаn çıхıb. müstəqilliк uğrundа gеdən mücаdilələrdə şəhid оlmuş minlərlə оğul və qızlаrımızın qаnınа bоyаnıb. Оnа görə də hər bir аzərbаycаnlı üçün bu bаyrаq həm də müqəddəsdir.
Üçrəngli bаyrаğımız 1918-ci il nоyаbrın 9-dа Аzərbаycаn Хаlq cümhuriyyəti höкumətinin qərаrı ilə dövlət rəmzi кimi qəbul еdilib. Lакin 1920-ci il аprеlin 28-də Хаlq cümhuriyyəti süqut еtdi , Аzərbаycаn işğаl оlundu. Bаyrаğımız yаsаq еdildi. Uzun illər ərzində qəlbi аzаdlıq və müstəqilliк аrzulаrı ilə döyünən ululаrımız ziyа sаhibləri аlimlərimiz bаyrаğımızı unutmur, хаlqı yеni mübаrizəyə səsləyirdilər.
Bayrağımız 2- ci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib .
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ölkəmizdə bayrağa yüksək qiymət verilir. 2007 – ci il noyabrın 17 – də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Meydanın təntənəli açılışı  2010 -cu il sentyabrın 1-də keçirilmişdir.
Аzərbаycаn bаyrаğı milli ləyаqət simvоlumuzdur. Оnu bаşı üzərində ucа tutmаq, vüqаrlа dаlğаlаndırmаq hər bir аzərbаycаnlının  şərəf bоrcudur. Üçrəngli bаyrаğımız qəhrəmаn bаbаlаrımızın qоyub gеtdiyi və bizə еtibаr еlədiyi ən böyüк, ən qiymətli yаdigаrdır.
Bayrağımız qürur mənbəyimizdir! Ulu öndər bayrağımız haqqında demişdir: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”
Çox sevindirici,qürurverici haldır ki, bu gün üçrəngli bаyrаğımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altıında , Qəhrəman Azərbaycan Əsgərinin səyi ilə döğmа Qаrаbаğımızdа, Şuşamızda dаlğаlаnır.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Bayraq ilk növbədə birlik rəmzidir,eyni zamanda o,əvəzolunmaz emosional təsir qüvvəsinə malik vasitədir

Dövlətin yaranması ilə meydana gələn bir sıra elementlər var ki, onların varlığı dövlətin movcudluğundan xəbər verir. Bura ideoloji, iqtisadi, siyasi, hərbi, dini-fəlsəfi elementlər aiddir.Dövləti xarakterize edən bu elementlər sırasında siyasi hakimiyyət(hakimiyyətin formaları və dövlət institutları), ərazi (dövlət institutlarının fəaliyyət göstərdiyi və hökümətin hakimiyyəti yayılan, sərhədlərlə çərçivələnən məkan), iqtisadi potensial (o cümədən, öz valyutasına malik olmaq hüququ),silahlı qüvvələr, ölkə əhalisinin etnik tərkibi, dövlət dili, dövlət ideologiyası (din, ənənələr, inkişaf haqqında təsəvvürlər) və nəhayət, dövlətçilik simvolları önəmli yer tuturlar.
Mühüm tarixi abidə olan ənənəvi simvollar dövlətin yaranması ilə onun rəmzlərinə çevrilir, bütün təsviri, emosional və psixoloji vasitələr kompleksi ilə insanın ağıl və hisslərinə ideoloji təsir vasitəsini yerinə yetirir, cəmiyyətin həyatında baş verən bu və ya başqa hadisələri.
Məlumdur ki, bayraq, gerb, himn kimi atributlar milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ali amallarını lakonik, obrazlı, bədii dildə ifadə edən mühüm amillərdəndir.Hər bir ölkənin dünya dövlətləri sistemində mövqeyi, onun tarixi və milli dəyərləri, dövlətçilik ənənələri onun heraldika və rəmzlərində öz əksini tapir.
Rəmzlər onun daşıyıcısının dünyagörüşü və ideologiyasını büruzə verən əşya şəklində deklarasiya olunurdu.Qədim Çin filosofu Konfusinin dili ilə desək, dünyanı insanlar deyil, rəmz və nişanələr idarə edirlər.Doğrudan da, hər hansı ölkəni tanımaq üçün iki üsuldan istifadə edilir: verbal və işarəli.Verbal üsula ölkənin adı, işarəli üsula gerb və bayraq aid olunur.
Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.
Bayraq ilk növbədə birlik rəmzidir,eyni zamanda o, əvəzolunmaz emosional təsir qüvvəsinə malik vasitədir. Bayraqlarda olan simvol və rəmzlər həm keçmişdən, həm gələcəkdən xəbər verir.Bayraq rəmzlərin, şəkillərin, yazıların çətin, bəzən isə mücərrəd dili ilə onu tərtib etmiş xalqın keçmişindən və gələcəyə doğru ümidlərindən xəbər verir.
Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir.Bir millətin dövləti varsa, bayrağı da var.Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır.Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir.Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır.
Dövlət bayrağı, milli bayraq müqəddəs anlam daşıyır.Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir.Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Bayraq Azərbaycan Respublikasının mühüm dövlət rəmzlərindən biridir

Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında öz bayrağı ilə təmsil olunur, tanınır.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi.Bu səbəbdən istər tarixdə, istərsə də indinin özündə hər hansi bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq altında hansı cəmiyyət yer alibsa onun simasını, keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və rənglərin mənasını göre bilərik.
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir.Dövlət bayrağı məxsus olduğu dövlətin fərqləndirici əlamətidir.
Azərbaycan Respublikasının təqdimat vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir.
Müqəddəs istiqlal rəmzi-Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır, milli müstəqilliyinin bünövrəsinin qoyulması isə həmin müstəqilliyi tərənnüm edən rəmzlərin qaldırılmasıdır.Bu cəsarətli addım bütün Azərbaycan xalqı tərəfindən alqışlandı, dəstəkləndi, o dövrki Azərbaycan siyasi rəhbərliyinə əhəmiyyətli təsir göstərdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağının təbliğinə böyük əhəmiyyət verirdi.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla bərabər, Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyən Ulu Öndər çıxışlarında bunu dəfələrlə bildirmişdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Dövlət Bayrağı Günü dövlət səviyyəsində keçirilən ən əhəmiyyətli bayramlar sırasındadır

Tarixi inkişaf yollarından asılı olaraq dövlətçilik rəmzləri daim dəyişir.Belə ki, “Azərbaycan Respubublikası Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti”ndə gostərilir ki, müasir Azərbaycan rəmzləri Parlament, hökümət, ordu. pul vahidi Bayraq, Gerb, Himn və Konstitusiyadır.
Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.
Heydər Əliyevin ucaltdığı bayraq bu gün etibarlı əllərdədir, onu ölməz şəxsiyyətin ləyaqətli siyasi varisi cənab İlham Əliyev aparır.
2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş mühüm tədbirlərden biridir.
2007-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması” və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” olan Sərəncamlar dövlət başçısının və Azərbaycan xalqının Dövlət bayrağına olan dərin dərin ehtiramının və yüksək dəyərin bariz nümunəsidir.Ölkə başçısının imzaladığı bu sərəncamlar Dövlət bayrağının dövlət bayrağının dövlət rəmzləri sırasında tutduğu əhəmiyyətli yeri və rolunu, xalqımızın qədim tarixini, mədəniyyətini, milli–mənəvi dəyərlərini dünya ictimaiyyətinə təbliğ etmək naminə gördüyü uğurlu siyasətin ifadəsidir.
Məhz Prezidentin səyi nəticəsində Dövlət Bayrağı Günü indi dövlət səviyyəsində keçirilən ən əhəmiyyətli bayramlar sırasındadır. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir, həmrəy edir. Bu da bir daha möhtərəm Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dövlətçilik rəmzlərinə və ənənələrinə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin qorunmasına sadiqliyini əyani şəkildə sübut edir. Bu gün doğma vətənimiz Azərbaycanda dalğalanan bayrağımız hamımızda böyük iftixar hissi yaradaraq xalqın müstəqil dövlətçiliyini qorumaq, inkişaf etdirmək və yaşatmaq əzmini göstərir.
Müstəqil dövlətçiliyimizin rəmzləri ilə bağlı Azıərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fikirləri tarixi əhəmiyyətə malikdir.”Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Azərbaycan Bayrağı-Azərbaycan Vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

 

“Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi

Azərbaycan Respublikasının dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Şəhla Eminova –əməkdar müəllim

 

 

Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Bununla bağlı sərəncamı dövlət başçısı 2007-ci il noyabrın 17-də imzalayıb. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər yerinə yetiriblər.
Meydanda inşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun ümumi görünüşünə əlavə çalarlar qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Ulu öndərin milli mənafelərə əsaslanan, siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident cənab İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

 

Tarixi gün

Üç rəngli ay-ulduzlu bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il 9 noyabrda qəbul olunub. İlk dəfə üçrəngli dövlət bayrağımız 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırılıb.
Azərbaycan SSR-nin qurulması ilə dövlət bayrağımız qırmızı rəngli oraq-çəkicli bayraqla əvəzlənib. Bundan sonra ilk dəfə üçrəngli dövlət rəmzimiz 1990-cı il 17 noyabrda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı əsasında muxtariyyətin dövlət bayrağı kimi qəbul olunub. 1991-ci ilin fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu sərəncamdan keçən müddət ərzində bu gün hər il dövlət səviyyəsində yüksək şəkildə keçirilir.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkiledən “Türkçülük, müasirlik və islamçılıq formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türklük, qırmızı müasir cəmiyyət, yaşıl rəng islamı tərənnüm edir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Hər bir dövlət üçün onun milli bayrağının nə qədər önəmli olduğunu sözlə ifadə etmək çətindir. Hər bir xalqın da vətənini sevən öncül şəxsləri daim bayrağı sevməyi, onu qorumağı xalqına aşılayırlar.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

Ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir ki, 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.
Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra göy, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ ötən əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanmışdır.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarətdir. Üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Bu qanunla Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmiş, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunmuş, Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilmişdir.
Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır, milli ideallara bağlılıq özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir.
Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI MİLLİ SUVERENLİYİN SİMVOLUDUR

Hər bir xalqın müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır.
Ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi və sonsuz Vətən sevgisi sayəsində üçrəngli bayrağımızın ilk öncə 1990-cı ilin noyabrında rəsmi olaraq Naxçıvan Muxtar Respublikasının, az sonra isə Ümummilli Liderin qaldırdığı vəsatət əsasında bütövlükdə ölkəmizin dövlət bayrağı olaraq qəbul edilməsi milli dövlətçilik tariximizdə əhəmiyyətli hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət atributlarının qorunmasına və təbliğinə həssas münasibəti, 2009-cu il noyabrın 17-də hər il noyabrın 9-nun “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. İftixar hissi keçiririk ki, dövlət bayrağımız dünyanın bütün qitələrində mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, dünya azərbaycanlılarını bir amal uğrunda birləşib, monolit qüvvəyə çevrilməyə səsləyir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmışdır.
Üçrəngli bayrağımız xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. 27 sentyabr-8 noyabr tarixlərində 44 günlük müharibədə Azərbaycan ərazi bütövlüyünü bərpa edərək Zəfər çaldı və dövlət bayrağımız işğaldan azad olan torpaqlarda dalğalandırıldı. Şükürlər olsun xalqımızın, elimizin arzusu gerçək oldu və bayrağımız Qarabağda o cümlədən Füzulidə, Kəlbəcərdə, Suqovuşanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Şuşada ucaldıldı.
Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın qürurumuz, şərəfimiz olan üçrəngli bayrağımız!

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq hər bir dövlətin əsas rəmzlərindən biri və həm də xalqın müqəddəs and yeridir. Ona görə ki, tarixən bayraq xalqların varlığının sübutu, onların dövlət qurmaq bacarıqlarının milli göstəricisi olub. Azərbaycan Respublikasının bayrağı dövlətimizin suverenliyinin, xalqımızın azadlığının simvoludur, həmçinin Vətənimizin gücünü və qüdrətini nümayiş etdirir. Əzəməti ilə daima yüksəklikdə dalğalanan üçrəngli bayrağımız onun uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb. Bu səbəbdən onu qoruyanların, sahib çıxanların başı üzərində daim dalğalanan dövlət atributlarından ən qiymətlisi – məhz Bayraqdır.
Həqiqətən də üçrəngli bayrağımızı dünya dövlətlərinin bayraqları ilə bir sırada görəndə qürur duymaya bilmirsən. Məhz bunun nəzərə alan ölkə rəhbərliyi də Azərbaycanda Dövlət Bayrağı Günü elan edilməsi barədə müvafiq qərara imza atdı. Həmin qərara imza atmaqla ölkə rəhbərliyi müasir gəncliyi öz bayrağına qürur yeri kimi baxmağa, onda vətənpərvərlik hissələrinin gücləndirilməsinə çalışır.
Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.
Hal-hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşadı. Azərbaycanın şanlı ordusu yeni tarix yazdı. Bu gün hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayır. Şanlı Azərbaycan Ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə qürurla dalğalanmaqdadır.
Azərbaycan bayrağı qürur mənbəyimiz, milli dəyərimizdir.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

 

Tarixi gün

Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri – bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqilliyini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.
Bildiyimiz kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökumət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli Lider söyləyirdi ki, “biz dövlət rəmzlərimizi – himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir”.

Vəfa Xəlilli – Gəncliyə Dəstək ictimai birliyinin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki