image-qanunla-reklam
image-043230340ecf440651c2825b6629ed67

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı iqtisadi fəaliyyət

image-lady-day-az

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı iqtisadi fəaliyyət.

 

Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daima müdafiə edib. Amma Özbəkistan bu baxımdan digər dövlətlərdən fərqlənir. Çünki onlar da bolşeviklərin dəstək verdiyi ermənilərin vəhşiliklərindən XX yüzilliyin əvvəllərində çox böyük əziyyət çəkiblər. Ermənistan indiyədək həmin illərdə törətdikləri cinayətlərə görə Özbəkistandan üzr istəməyib. Rəsmi Daşkənd SSRİ dağılandan 5 il sonra Ermənistanı tanısa da, indiyədək İrəvanda rəsmi səfirliyi fəaliyyət göstərmir. Bu, rəsmi Daşkəndin İrəvana qarşı mövqeyinin dəyişmədiyinin göstəricisi sayılır. Odur ki, Azərbaycanla Özbəkistan bir çox məsələlərdə ortaq olduqları kimi, Ermənistan və erməniliyə münasibətdə də ortaq yanaşmaya malikdirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib. Yeri gəlmişkən, Azərbaycan lideri sonuncu dəfə 2010-cu il sentyabrın 27-28-də bu ölkədə rəsmi səfərdə olmuşdur. Builki səfər isə əvvəlkilərdən fərqlənir. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Cənubi Qafqazın aparıcı dövlət olduğunu bütün dünyaya bir daha sübut etmiş ölkənin lideri olaraq Özbəkistana gedib. Cənab İlham Əliyevin 12 ildən, xüsusilə müharibədən sonra məhz Özbəkistana səfər etməsinin də böyük əhəmiyyəti var. Bu, ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir.Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətin yol xəritəsidir. Həmin sənəddə xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaqdır.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin müəllimi

Nuranə Məhəmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki