image-qanunla-reklam
image-16558038903810164818_1000x669

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

image-lady-day-az

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Tarixən Azərbaycanla Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri hal-hazırda yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf etməsinə, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

Ehtiram Osmanov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki