image-qanunla-reklam
image-1672642277_abe105a1-259a-3ac5-b145-2532efde3de8_850

Azərbaycan güləşçiləri ötən il 282 medal qazanıb

image-lady-day-az

2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Ötən 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alınıb.

“Qanunla.az” xəbər verir ki, milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə birinciliklərində fəxri kürsüyə qalxıblar. Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə olunub. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazdırıb. Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışında gümüş medala yiyələnib.

Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurublar. 99 idmançımız baş mükafata yiyələnib. Bundan başqa, 75 gümüş və 108 bürünc medal qazanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki