image-qanunla-reklam
image-11263c81-3a3d-3824-8b96-2ec61b92d14b_850

Azərbaycan, Ermənistan və Rusiya dini liderləri birgə bəyanat yayıblar

image-lady-day-az

Azərbaycan və Ermənistan xalqları arasında bugünkü və gələcək nəsillərin rifahı naminə sülhün bərqərar olmasına dini liderlər dəstək verməyə hazırdır.

Bu barədə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva şəhərindəki görüşü başa çatdıqdan sonra Moskva və Rusiya patriarxı Kiril tərəfindən səsləndirilən bəyanatda bildirilir.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. Bu gün insanlar arasında etimadı bərpa etmək daha mühümdür”, – bəyanatda qeyd olunur.

Rusiya dini lideri həmçinin deyib: “Bizim üçün qardaş olan iki xalqın dini icmalarını və sakinlərini narahat edən bu mürəkkəb problemləri müzakirə etmək üçün üz-üzə gəlməyə hazır olduqlarına görə Azərbaycan və Ermənistan dini liderlərinə təşəkkür edirəm”.

“Dinin nadir sülhpərvər imkanlarına malik olmasına şübhə etmirik. Azərbaycanla Ermənistan arasında münasibətlər bu gün nə qədər çətin olsa da, əminik ki, məhz Tanrıya inanc və sevgi uzun illərdir davam edən faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər. Dini liderlər dinlər və xalqlar arasında mehriban qonşuluq ab-havası yaratmaq və onu qorumaq üçün öz nüfuzundan istifadə etməlidirlər”, – patriarx Kiril əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki