image-qanunla-reklam
image-prezident_confrans_290422_8

Azərbaycan Cənubi Qafqazı sülh və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir

image-lady-day-az

Azərbaycan Cənubi Qafqazı sülh və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir.

Azərbaycan dövləti həmişə, bölgədə sülhün , əmin-amanlığın əməkdaşlığın tərəfdarı olmuş ,müharibəni daim pisləmişdir. Biz heç vaxt müharibə tərəfdarı olmamışıq. 30 il Azərbaycan ərazisinin 20%-nin Ermənistanın işğalı altında qalması və bu illər ərzində səbr etməyimizin əsas səbəbi məhz bu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmağımızdan irəli gəlir. Çünki biz milliyətindən ,dinindən asılı olayaraq heç bir ananın gözüyaşlı qalmasını ,uşaqların naləsini eşitmək nahaq qan tökülməsini istəmirik..Lakin bu şansı düzgün qiymətləndirməyən Ermənistan dövləti münaqişəni daha da şiddətlənir , terror əməllərinə davam edir,daim atəşkəsi ,bölgədə sabitliyi pozurdu. Ermənilərin bu təxribatlarının qarşısın almaq vaxtı gəlib çatmışdı və xalqımızın 30 illik səbrinin necə daşdığını erməni xalqı hiss etdi və dəmir yumruq onlara bir daha özlərinə gələ bilməyəcəyi dərəcədə ağır zərbə vurdu.44 günlük müharibə bitdi və üçtərəfli saziş imzalandı. Azərbaycan dövləti öz tarixi ərazilərini geri aldı və həmin ərazilərdə abadlıq , quruculuq və iri lahiyələr həyata keçirir. Burada böyük nəqliyyat dəhlizləri keçəcək .Bir çox ölkələr bu tranzitdən istifadə edə biləcək.Ermənistan da bu şansdan istifadə edə bilər və çökmüş iqtisadiyyatını bərpa edə bilər . Yeni regional nəqliyyat layihələrindən Ermənistanın da fayda görmək şansı vardır .Bu şansdan yararlanmaq əvəzinə revanşist hisslərə qapılan Ermənistan ölkəsi anlamalıdır ki , bu təxribatların sonu heç də yaxşı olmayacaqdır. Cənab prezidentimiz İlham Əliyev çıxışlarının birində qeyd etmişdir :”İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatı yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatına həvəs göstərmir….”
Dövlətimizin mühüm məqsədi Qarabağı dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevirməkdir! Prezident cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasətinin təməli regionda sülhü qorumaq və qonşu dövlətlərlə mehriban şəraitdə yaşamaqdır!Ermənistan da Cənubi Qafqazda sülhün , əməkdaşlığın bərqərar olmasına ,daimi olmasına səy göstərməlidir!

 

Zərdab rayonu Çallı kənd tam orta məktəbin ibtidai sinif müəllimi- Vahidli Aydan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki