image-qanunla-reklam
image-1665219465_ffed5

“Atletiko” Qrizmanı 24 milyona transfer edəcək

image-lady-day-az

“Atletiko” “Barselona”dan icarəyə götürdüyü Antuan Qrizmanı satın alacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. “Matrasçılar” 31 yaşlı hücumçu üçün Kataloniya təmsilçisinə 24 milyon avro ödəniş edəcək. Müqavilənin tezliklə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Qrizman 2021-ci ildən icarə əsasında “Atletiko”nun formasını geyinir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki