image-qanunla-reklam
image-1673415512-minister-of-foreign-affairs-from-north-macedonia-02-12-22-20-of-39

ATƏT-in sədri Azərbaycana səfər edəcək

image-lady-day-az

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda telefon danışığı olub. 

“Qanunla.az” xəbər verir ki, danışıqlar zamanı Cənubi Qafqazdakı və xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.

Osmani Laçın dəhlizi ətrafında vəziyyəti diqqətlə izlədiyini vurğulayıb. O, bütün tərəfləri gərginliyi azaltmağa, konstruktiv və səmərəli dialoqa başlamağa çağırıb.

ATƏT-in fəaliyyətdə olan sədri Osmani gərginliyin azaldılmasına kömək etmək və davamlı sülh istiqamətində səylərə töhfə vermək üçün şəxsi iştiraka hazır olduğunu bir daha bəyan edib. O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini də açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki