image-qanunla-reklam
image-1668492207_alberto-fernandez-reu-1949955_2

Argentina prezidenti buna görə G20-nin ilk iclasına qatılmadı

image-lady-day-az

Argentina prezidenti Alberto Fernandes səhhətində yaranan problemlər səbəbindən İndoneziyada keçirilən G20 Liderlər Zirvəsinin ilk iclasına qatılmayıb.

“Qanunla.az” xəbər verir ki, həkimlərinin açıqlamasına görə, prezidentin təzyiqi düşüb.

Açıqlamada, “Argentina prezidenti Alberto Fernandes hipotansiyon və başgicəllənmədən əziyyət çəkirdi. Bu səbəbdən sağlamlığını qorumaq və fəsadların qarşısını almaq üçün onun testdən keçməsi qərara alınıb”,  – deyə  bildirilib.

Fernandes səhhətində yaranan problemlərlə əlaqədar sammitin ilk iclası olan “Qida və Enerji Təhlükəsizliyi” adlı iclasda iştirak etməyib, Argentinanın xarici işlər naziri Santiaqo Kafiero isə iclasda iştirak edib.

Hazırda Fernandesin səhhətinin yaxşı olduğu  bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki