image-qanunla-reklam
image-285620614_2283357208488513_399919190700860184_n

Zərdabda şəhid gizir İlkin Ağayevin ad günü qeyd olundu – FOTO

image-lady-day-az
Zərdabda Vətən müharibəsi şəhidi gizir İlkin Tehran oğlu Ağayevin doğum günü qeyd olundu.
Qanunla.Az xəbər verir ki,Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, başçının müavini Xəyalə Veyisova, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi Ramil Əhmədov, icra Aparatının məsul şəxsləri,Gənclər və idman idarəsinin rəisi , idarə və təşkilatların rəhbərləri, şəhid ailələri şəhidin məzarını ziyarət etmiş önünə gül dəstələri düzmüşlər.
Şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.Rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadə şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Daha sonra birinci Qarabağ döyüşlərində şəhid olmuş qəhrəman şəhidlərimizin məzarları ziyarət olunub.
Şəhidin atası bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhuları qarşısında baş əyirik!
Qanunla.Az  Vüqar Rəhimov
image-285536727_2283356641821903_9213002854199831834_nimage-285879722_2283356705155230_4927836743624311521_nimage-285484075_2283356815155219_6511147999865656797_nimage-285800401_2283356915155209_3074982683261511237_nimage-285478301_2283356978488536_4979863651531974438_nimage-285687195_2283357125155188_6832212040117226015_nimage-285429313_2283357188488515_6350962631303898522_nimage-285620614_2283357208488513_399919190700860184_nimage-285450779_2283357425155158_8567513506926389994_nimage-285634092_2283357481821819_3027226733039081077_nimage-285619702_2283357731821794_4521108219208812030_nimage-285539622_2283357798488454_2067818923147677018_nimage-285700812_2283358035155097_3401778894134861483_nimage-285484075_2283358078488426_2162990225509070352_nimage-285713401_2283358171821750_331601718487373621_nimage-285555556_2283358321821735_7842543871529265027_nimage-285446736_2283358425155058_577114580188462522_nimage-285747016_2283358588488375_791368730736087691_nimage-285559299_2283358635155037_8350916079028393199_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo