image-qanunla-reklam
image-314352258_2422625294561703_6564607192603367380_n

8 Noyabr – Zəfər Günü Zərdabda təntənəli şəkildə qeyd olunub –FOTO

image-lady-day-az

Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, İcra başçısının müavinləri Pərvin Mahmudova, Xəyalə Veyisova, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev,hüquq mühafizə orqanlarının rəhbərləri, icra Aparatının məsul şəxsləri, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti iştirak edib.

Qanunla.Az xəbər verir ki,tədbir iştirakçıları Ulu Öndərin Zərdab şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.Daha sonra şəhidlər xiyabanı ziyarət olunub şəhidlərin məzarı önünə gül dəstələri düzülərək ruhlarına dualar oxunulub.

Şəhidlərin xatirə parkında Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək ”Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib.Vurğulayıb ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.

RİH başçısı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edərək Zərdab rayonunda da göstərilən bu diqqətin bundan sonra da davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Millət vəkili Jalə Əiyeva çıxış edərək Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratmasından, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq – iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində “Dəmir Yumruq” altında birləşərək qazanıldığından danışan Millət vəkili şəhid ailələri, qazilərin hər zaman Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb.

Şəhid ailələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Heydər Əliyev parkında “Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib.

Sonda incəsənət nümayəndələrinin ifası ilə atəşfəşanlıqla sonlanan konsert proqramı təşkil edilib.

Vüqar Rəhimov 

image-312563072_533685108147447_8680162731531252936_nimage-314335058_865984411436219_6648844334167776863_nimage-314684644_449566850636445_6208450789240681440_nimage-314393574_440015314943858_6829501698921429335_nimage-314436674_488826339888533_2289316779770497827_nimage-314712254_683604026445691_3796825228089043075_nimage-314969420_2422618854562347_3466273228852170061_nimage-315046172_2422619104562322_2781992453731133124_nimage-314402083_2422619151228984_6489564400818028500_nimage-314693555_2422619197895646_8129389649297324707_nimage-314951237_2422619357895630_1325098871773090733_nimage-314917303_2422619644562268_6032433229540743223_nimage-314882931_2422619801228919_6271872668767128246_nimage-314613588_2422620077895558_8678968472902545719_nimage-314730613_2422620281228871_5100258106090151508_nimage-314719078_2422620337895532_5185771508386339251_n-1image-314643701_2422620407895525_198706889742163524_nimage-314628186_2422620511228848_2631585162901490593_nimage-314489297_2422620641228835_4280855969610903083_nimage-314673641_2422621051228794_1713219449160069764_nimage-314462437_2422621141228785_3469547643693307584_nimage-314902580_2422621254562107_8690543264578928017_nimage-314474910_2422621414562091_4595852333021775529_nimage-314640952_2422621581228741_8382323268655246122_nimage-314075749_2422622107895355_3793682177494205411_nimage-314959292_2422622287895337_6603579803393026495_nimage-314808348_2422622587895307_8872017137195406123_nimage-314704053_2422622854561947_6560816737188092423_nimage-314417170_2422623147895251_7961721982341337926_nimage-314575861_2422623391228560_5413063390119458498_nimage-314953909_2422623537895212_6688061728097801747_nimage-314752559_2422624144561818_6721345075109687509_nimage-314066719_2422625764561656_9091952789034962416_nimage-314590454_2422626027894963_7218624612086240592_nimage-314657404_2422626124561620_7714040114068945429_nimage-314973236_2422626597894906_6084193811473012601_nimage-314681741_2422627087894857_7385661867209773130_nimage-314662719_2422627541228145_9182552127039079438_nimage-315033157_2422627691228130_8193234894151991813_nimage-314496878_2422625181228381_5550093584065958024_nimage-314589286_2422625234561709_9089727558327729549_nimage-314352258_2422625294561703_6564607192603367380_nimage-314716455_2422625501228349_4727692892639701887_nimage-314681741_2422627087894857_7385661867209773130_nimage-314731625_2422625067895059_4608177278350640788_nimage-314685009_2422625457895020_6942289602719786512_nimage-314435726_2422625744561658_6935203949119674106_nimage-314623697_2422626021228297_2439232305147392925_nimage-314492558_2422626351228264_3951975835613078981_nimage-314467547_2422627337894832_44472663536153868_nimage-314947544_2422626481228251_6279697692138351456_nimage-314772621_2422626641228235_6421696148058748465_nimage-314901737_2422626751228224_8312647676969922047_nimage-314923199_2422660984558134_1590439825678477298_nimage-315045582_2422698241221075_6210832591307314715_nimage-313290400_463943362502135_7086039603238067277_nimage-308211739_2576507585824912_1143562294081137099_nimage-312533084_416383004039284_464276297764768854_nimage-314664430_1185054865380597_8895822254902027668_nimage-314662445_649902613507319_6793277042987455879_nimage-312548690_1900989336959305_5678117309874435919_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki