image-qanunla-reklam
image-z

Zəngilandan keçən logistik layihələr

image-lady-day-az

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir.

Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Xüsusən Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çoxfunksiyalı Zəngilan Beynəlxalq Hava Limanı,Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək. Coğrafi vəziyyəti nəzərə alınmaqla bu hava limanı işğaldan azad edilmiş ərazilərdə Füzulidən sonra ikinci hava limanıdır. Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində böyük önəm daşıyır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə bərabər, beynəlxalq yükdaşımaları üçün beynəlxalq səviyyəli yeni bir yol,eləcə də Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkilməklə,həm beynəlxalq yükdaşımalar, həm də vətəndaşlar Cəbrayıl rayonuna, eləcə də rahat şəkildə Horadiz-Zəngilan, Zəngilan-Qubadlı, Qubadlı-Laçın marşurutu ilə hərəkət etmək imkanı əldə etmiş olurlar.Göstərilən sonuncu yol infrastrukturu isə Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Hazırda Horadizdən başlayaraq Zəngilan rayonunun Ağbənd qəsəbəsinədək uzanan dəmir yolu xətti yenidən tikilir. Ölkə başçısı tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-dən artıq süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Zəngilanın ərazisindən keçən dəmir yolu və avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün beynəlxalq bir yol olacaq. Nəticədə Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşəcək tam yeni nəqliyyat dəhlizi açılacaq.Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar əsas verir ki,Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilsin.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki