image-qanunla-reklam
image-zengilan_283856

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir

image-lady-day-az

Zəngilan rayonu inzibati rayon kimi 1930 -cu ildə təşkil edilmişdir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl,cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 730 m², əhalisi 45 mindən çox olub. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən kənd təsərrüfatı əhəmiyyətli olmuş, 29 kolxoz -savxozu ,1 arıçılıq təsərrüfatı,4 kooperativ və 3 kəndli -fermer təsərrüfatını əhatə etmişdir .1 şəhər,5 qəsəbə, 83 kənddən ibarət olmuşdur. Zəngilan rayonu Bakı -Culfa – Naxçıvan dəmiryolunun üzərində yerləşirdi. Zəngilan ərazisində 21 dəmiryol müəssisəsi, 6 dəmiryol vağzalı fəaliyyət göstərirdi. Rayonun mühüm strateji əhəmiyyətli mövqeyi və kənd təsərrüfatı üçün əlverişli təbiəti vardı.

Lakin 1993-cü il oktyabrın 30 -da Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1988-1993 -cü illər ərzində düşmənə baş əyməyən, yüzlərlə şəhid verən Zəngilan sakinləri sonadək mübarizə aparsalar da, öz yurd- yuvalarından didərgin düşdülər. Zəngilan 188 şəhid verdi, 44 sakini itkin düşdü. Öz torpaqlarından didərgin düşən Zəngilan sakinləri respublikamızın 43 rayonunda məskunlaşdı. İşğal nəticəsində Zəngilan rayonu dağıdılmış, maddi və mənəvi cəhətdən itkilər vermişdir. Bütün Avropada ən böyük çinar meşəsi Zəngilan rayonunda idi. Lakin erməni vandalları bu meşəliyi məhv etmişlər ,ağacları qıraraq xaricə satmışlar. Bu ədalətsizliyin ,bu haqsızlığın qarşısını yenə də özümüz aldıq. Güclü Azərbaycan ordusu 20 oktyabr 2020- cı il tarixində Zəngilan rayonunu işğaldan azad etdi. Zəngilanda gedən sürətli quruculuq işləri tezliklə rayonumuzu özünün əvvəlki füsunkar gözəlliyinə qovuşduracaq və Zəngilan öz övladlarını qoynuna alacaqdır!

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki