image-qanunla-reklam
image-1667907361_4f54f908-463a-3299-a279-228aba25392b

Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir

image-lady-day-az

“Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb”. Bu sözləri Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Şuşada Zəfər Günü münasibəti ilə bağlı keçirilən tədbirdə hərbçilər qarşısında çıxış edərkən deyib.

“Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”, – Prezident vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, 13-14 sentyabr hadisələri elə-belə baş vermədi: “Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik”.

 

Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru-Qabil Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki