image-qanunla-reklam
image-_118180502_53f10ebe-42d3-4b28-8ca8-86a5c5d7a31f

Zəngəzur Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir

image-lady-day-az

Zəngəzur  Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir

“Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır və bu, ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. Nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi Azərbaycanın prioritet məsələlərindən biridir. Ölkəmizdə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Logistika Mərkəzi kimi layihələr artıq həyata keçirilib, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir, bu dəhlizlər müxtəlif qitələrdə yerləşən ölkələri birləşdirir. İnfrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, nəqliyyat-logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmini qat-qat artırmaq mümkün olur.

Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi qitələrarası daşımalar üçün geniş imkanlar açır. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu coğrafi mövqeyin yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini olkəmizlə əlaqələrin yaradılmasına cəlb edir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki