image-qanunla-reklam
image-download-1

“Zelenskinin təklif etdiyi “sülh formulu”nu qəbul etmirik” – Lavrov

image-lady-day-az

“Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi “sülh formulu” əsasında heç kimlə danışmayacaq, burada Kiyevin özünün hazır olmadığı açıq-aydın görünür”. 

“Qanunla.az” “RİA Novosti”yə istinadən xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi dialoqa hazır deyil, çünki Zelenski müxtəlif ideyalar və “sülh düsturları” irəli sürür, bununla da Qərb dövlətlərinin köməyi ilə Rusiya qoşunlarının ərazilərdən çıxarılmasına nail olmaq illüziyasını “bəsləyir”.

“Əlbəttə, belə şərtlər altında heç kimlə danışmayacağıq”, – Lavrov bildirib.

Həmçinin,  Lavrov bildirib ki, Rusiya-Ukrayna danışıqlarının bir neçə raundu göstərdi ki, qarşılıqlı məqbul razılaşmalar tapmaq mümkündür, lakin dialoq prosesi “Zelenskinin qərarların qəbulunda tam müstəqil olmadığını” nümayiş etdirdi.

Bundan əvvəl Zelenski 2023-cü ilin Rusiya ilə münaqişədə həlledici olacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki