image-qanunla-reklam
image-1669063538_ap22251496993680-pic4_zoom-1500x1500-46590

Zelenskinin bu qanunu Aİ tələbini POZDU

image-lady-day-az

Ukrayna prezidenti Volodimir Zelenski siyasətçilərin və yüksək vəzifəli şəxslərin ömürlük maliyyə monitorinqini ləğv edib. Dövlət başçısı müvafiq qanunu imzalayıb.

“Qanunla.az” xəbər verir ki, Ukraynanın “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” (KQM) ictimai təşkilatı öz “Facebook” səhifəsində  məlumat yayıb

“Veto qoyulması çağırışlarına baxmayaraq, prezident Zelenski Ukrayna siyasətçiləri tərəfindən çirkli pulların yuyulması ilə mübarizə sistemini təsirli şəkildə məhv edən qanunu imzalayıb”, – KQM-nin bəyanatında deyilir.

Belə ki, Ukrayna hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün qoyulan 7 tələbdən birini pozub, təşkilat bildirib.

KQM aydınlaşdırıb ki, söhbət siyasi ifşa olunmuş şəxslərə münasibətdə ömürlük maliyyə monitorinqinin ləğvindən gedir. İndi belə şəxslər vəzifədən azad edildikdən sonra üç il ərzində nəzarətdə saxlanılacaq. Təşkilat qeyd edib ki, keçmiş siyasətçilər üç il keçənə qədər gözləyə və istənilən vəsaiti leqallaşdıra biləcəklər.

KQM-nin fikrincə, Ukrayna hakimiyyətinin maliyyə monitorinqi sisteminin ləğvi ilə bağlı qərarı “əslində Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara mane olub”.

Qeyd edək ki , Zelenski daha əvvəl Ukraynada korrupsiyanın olmadığını və olmayacağını demişdi .

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki