image-qanunla-reklam
image-1658741544_49_main

Zelenski Ruslan Demçenkonu vəzifəsindən azad etdi

image-lady-day-az

Ukrayna prezidenti Volodimir Zelenski Ruslan Demçenkonu Milli Təhlükəsizlik və Müdafiə Şurası (MDŞ) katibinin birinci müavini vəzifəsindən azad edib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam Ukrayna Prezident Aparatının saytında dərc olunub.

Ruslan Mixayloviç Demçenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, – bəyanətdə deyilir.

 

Bildirək ki, Ruslan Demçenko Ukraynanın fövqəladə və səlahiyyətli səfiridir. Ukrayna xarici işlər nazirinin birinci müavini, Ukraynanın Serbiya və Monteneqrodakı səfiri, Ukraynanın İstanbuldakı baş konsulu vəzifələrində çalışıb. 2020-ci il iyunun 16-da Milli Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib.

Demçenko karyerası ərzində həm də Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun ofisinə rəhbərlik edib (2006-2010). 1990-cı illərin sonunda o, Prezident Leonid Kuçmanın Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki